Bugün rəqs edək: Rəqsin köməyilə çəki ataq

Bugün rəqs edək: Rəqsin köməyilə çəki ataq
Dieta - Fitnes
10.09.2017 30
Son
zamanlar rəqs edərək çəki atmaq daha çox dəb halını alıb. Rəqs digər
hərəkətlərlə bərabər orqanizmin dözümlülük və koordinasiyasının
inkişafına yardım edən mükəmməl kəşfdir. Amma çəki atmaq üçün rəqsi
yeganə çıxış yolu kimi görmək səhv addımdır. Düzdür, rəqs zamanı
yaxşı enerji itirmək olur, orqanizmin bütün əzələlərində tonus yaranır.
Əgər sadəcə rəqs edib çəki atmaq niyyətindəsinizsə o zaman rəqsin
yanında sizə uyğun pəhriz də pis olmaz. Rəqsin digər üstünlükləri
haqqında yazının davamını oxuyaraq faydalana bilərsiniz. 

İntensiv
rəqslə 1 saatda 500 kalori yandırmaq olur. Rəqs etdiyiniz zaman çalışın
bol-bol tərəvəz yeyin, əti bacardığınız qədər az yeyin və
tərəvəzli smuzilər için. İntizamlı və bacarıqlı olmaq da, sizə kömək
olacaq. Və arıqlamaq üçün olan müxtəlif rəqslər var ki, onlardan birini
özünüz üçün müəyyən edib, intizamlı şəkildə məşğul olaraq çəki ata
bilərsiniz, orqanizmi də tamamilə tonuslaşdırmaq mümkündür.

Çəki atmağa köməkçi olan rəqslər



Polo-rəqs



Bu
rəqs bir növ atrobatik məşqlərdən ibarətdir. Müntəzəm olaraq bu rəqslə
məşğul olsanız 1 aydan sonra nəticəni bütün bədəninizdə görəcəksiniz.
Xüsusilə də, qol və qarın əzələlərinə yaxşı təsir edəcək.



Zumba



Zumba
r & b və hip-hop rəqslərinin birləşməsindən yaranmış qarışıq Latın
rəqsidir. Bədənin bütün əzələlərinə təsir edir. Bu rəqs mükəmməl kardio,
antidepresan və titrəmə hərəkətlərilə sizin bədəninizi ideal formaya
salacaq.



Balet



Balet
qulağa nə qədər klassik səslənsə də, bir o qədər də, duruşunuzu
düzəldər və bütün bədəninizi tonuslaşdırar. Müntəzəm şəkildə məşğul
olduqdan 1 ay sonra baldır hissələrinizdə dəyişikliyi hiss edəcəksiniz
və görəcəksiniz ki, artıq əvvəlkindən daha çevik hərəkət edirsiniz. Eyni
zamanda da, bədəninizdəki yüngüllüyü hiss edəcəksiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!