İdeal bədən quruluşu üçün 9 vacib idman hərəkəti

İdeal bədən quruluşu üçün 9 vacib idman hərəkəti
Dieta - Fitnes
10.09.2017 22
Gözəl
və möhkəm bədən quruluşunun sirri artıq çoxdan hər kəsə məlumdur. Bunun
əsasında düzgün qidalanma və mütəmadi olaraq idmanla məşğul olmaq
dayanır.

Qadınlar.Biz da
sizə sadə üsullarla edə biləcəyiniz məşqlər kompleksi təqdim edir. Hər
gün bu 9 idman hərəkəti ilə ideal bədənə daha çox yaxınlaşacaqsınız.
Başladıq!



İdeal press

popsugar Bu hərəkət
sayəsində möhkəm və düz qarına sahib olacaqsınız. Hərəkəti hər ayağınızı
dirsəyinizə 30 dəfə vurmaqla təkrar edin.



Gözəl əllər

Əllərdə
sallanma olmaması və möhkəm olması üçün əla hərəkətdir. Ayaqlarınızı
çiyinləriniz enində aralı qoymağa diqqət edin. Bu idman hərəkəti 15 dəfə
təkrarlanmalıdır.



Sinə (döş) əzələlərinin möhkəmlənməsi

gethealthyu Döş
hissənizin sallanması və yumşaq olmasını istəmirsinizsə, əzələləri
möhkəmləndirməyə çalışmalısınız. Fotoda gördüyünüz hərəkətlərdən
hərəsini 12 dəfə olmaqla təkrarlamağa çalışın. Hərəkətləri edən zaman
nəfəsinizə diqqət edin.



İncə bel üçün hərəkətlər

pinterest İncə
bel üçün bu hərəkətləri etdiyiniz zaman belinizi dik tutmağa xüsusilə
diqqət edin. Hər iki istiqamətə 15 dəfə olmaqla təkrarlayın.



Arxa və budlar üçün

Möhkəm
arxa və güclü bud əzələləri istəyirsinizsə, bu hərəkət məhz sizin
üçündür. Hər duruşda 30 saniyə dayanmağa çalışmaqla, hərəkəti 30 dəfə
təkrarlayın.



Ayaqlar

Güclü
ayaqlar və möhkəm dizlər üçün olan ideal məşq hərəkəti. Ayaqlarınızı
irəli uzadarkən tam açmağa diqqət yetirin. Hər iki vəziyyətdə 20 dəfə
təkrarlamağa çalışın.



Squat

Ayaq
və arxa əzələlərinin möhkəmlənməsi, genişlənməsi üçün edilən
hərəkətdir. Ayaqlarınızı çiyinləriniz aralığında qoymağa xüsusi diqqət
edin. Hər gün 50 dəfə olmaqla bu hərəkəti təkrarlayın.

 

Dartınma

Ümumi
olaraq bədən əzələrinin elastikliyi və hərəkətliliyini artırmaq üçün
edilən hərəkət. Hər tərəfdən 6 dəfə olmaqla etmək lazımdır. Pozanın
saxlama müddəti 20-30 saniyə olmalıdır.



Ən vacib idman hərəkəti: Gəzinti

Gəzinti
sizin ümumi sağlamlığınız üçün olduqca əhəmiyyətli fəaliyyətdir. Qan
dövranını, maddələr mübadiləsini və ürəklə bağlı problemlərinizi həll
edəcək qədər vacib olan bu fəaliyyətə gün ərzində ən azı 45 dəqiqə
ayırmalısınız. Həm fiziki, həm də estetik gözəlliyiniz üçün dönüş
nöqtəsi hesab etmək olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!