Fit Bite-dan arıqlamaq və vegeterian naharı

Fit Bite-dan arıqlamaq və vegeterian naharı
Dieta - Fitnes
10.09.2017 38
Son
zamanlar əksəriyyətimiz arasında sağlam qidalanma da, sanki bir dəb
halını alıb. Bu, həm düzgün çəki atmaq, həm də, düzgün kökəlmək, eyni
zamanda da, ruhən də sağlam olmaq üçün vacib nüansa çevrilib. Düzdür,
bəzilərimiz evdə özümüz üçün müəyyən qaydalarla sağlam qidalanma rutini
tətbiq etsək də, mütəxəssisin bu vəziyyətə "əl atması” isə tamam
başqadır. Elə mən də, çox uzatmayıb sizə sağlam qidalanmaqda kömək
edəcək, yeni kəşf etdiyim peşəkar bir xidmətdən – Fit Bite-dan yazacam.

Bu
yaxınlarda sosial şəbəkələrdə sağlam qidalanma ilə bağlı postların
birində Fit Bite-ı kəşf etdim və təbii ki, diqqətimdən kənarda qala
bilməzdi. Elə ona görə də, onlarla əlaqəyə keçib qidalarını dadmağı
istədiyimi bildirdim. Təbii ki, test etmək üçün müsbət cavab aldım.
Mənə individual olaraq hazırlanmış səhər, günorta və axşam yeməyi
göndərdilər. Qeyd edim ki, bu menyu ət yemədiyim üçün vegeterian və
arıqlamaq menyusu idi. 



Bəs bu qidaları dadmaq üçün nə etmək lazımdır, hansı xüsusiyyətlər gərəkdir?

Hər
şeydən öncə qeyd edim ki, Fit Bite çox dadlı dietadır. Sağlam və dietik
qidaların hazırlanması üzrə ixtisaslaşmış kulinariya mərkəzidir. Həm
sağlam şəkildə çəki atmaq, həm də ki, çəki almaq da mərkəzin köməyilə
mümkündür. Deyək ki, sağlam qidalanmağı qarşınıza məqsəd qoymusunuz və
bir aya əla nəticə əldə etmək istəyirsiniz. Bunun üçün sadəcə
onlarla əlaqə saxlamağınız, sizə verilən suallara düzgün cavab
verməyiniz kifayətdir. Burada yeməklər məhz individual olaraq sizin
kriteriyalara uyğun hazırlanır. Bu kriteriyalara çəki, boyun ölçüsü, qan
qrupu, hansı qidalara qarşı allergiya var, ət və ya hər hansı qidanı
yeyib-yeməməyiniz soruşulur, menyu hazırlanarkən bunlar nəzərə alınır.
Bütün bu kriteriyalar öyrənildikdən sonra məlumatlar mərkəzin Moskvadakı
dietoloquna ötürülür. O, bu məlumatlara əsasən pəhrizi müəyyən edir və
elə oradakı aşpaza göndərir. Aşpaz da, öz növbəsində pəhrizin
menyusunda hansı ərzaqdan hansı ölçüdə istifadə etmək lazımdır bunu
müəyyən edir və mərkəzin Azərbaycandakı aşpazına yollayırlar. Buradakı
aşpaz isə menyunu hazırlayır və sizin çox dadlı dietik naharınız sizə
ödənişsiz şəkildə çatdırılır. Qeyd edim ki, burada yeməklər əllə
sıxılmış zeytun yağı ilə hazırlanır, heç bir heyvani yağlardan istifadə
edilmir. Bütün bu proseslər mənə göndərdikləri menyuda da baş verdi.
Yəqin ki, sizə də maraqlı idi mənim vegeterian arıqlama menyumda nələr
var?!

Səhər
yeməyi üçün bal, alma, yulaf və darçın qarışımından ibarət peçenyelər
vardı. Tərkibində heç bir şəkər və un yox idi. Şəkəri bal və alma əvəz
edirsə, unu da yulaf əvəzləyir. İlk dəfə dadanda çox yüngül dada malik
peçenyelər həm də, ağızda tez əriyir. Hətta deyə bilərəm ki, iki dəfə
yeməyiniz mümkündür. Çünki artıq iki ədəd peçenyeni yedikdə doya
bilirsiniz.

Daha
sonra nahar üçün tərəvəz salatı və çuğundur sousu ilə paxlalı
bitkilərdən xüsusi reseptlə hazırlanmış kotletlər vardı. Tərəvəz salatı
təravətli kahı yarpaqlarından, xiyar, pomidor və qırmızı kələmdən
hazırlanmışdı. Bu salat sizə əsl yaz əhvalı yaşadacaq. Kotletlər isə
əminliklə deyə bilərəm ki, tam fərqli və xəfif dada malik idi. Həm də,
doyurucu təsiri vardı. 

Axşam
yeməyində isə unsuz, vegeterian pizzaya kim yox deyər ki? Əlbəttə ki,
heç kim! Bu pizzanın normal yediyimiz pizzalardan üstünlüyü odur ki, çox
yüngüldür, dietikdir və yağsız idi. 

Bir nünası qeyd edim ki, bir nəfərlik olan bu menyunu hətta 2 gün yemək mümkündür. 

Deyim
ki, bu naharın dadı hələ də, damağımda qalıb. Yaxın günlərdə yenə də,
xüsusi nahar üçün Fit Bite-a müraciət edəcəm. Əgər siz də, mənim kimi
sağlamlığınıza diqqət etmək, yay qabağı gözəl formada olmaq istəsəniz
əvvəlcədən əlaqə saxlayıb individual menyunuzu əldə edə bilərsiniz. Əmin
olun ki, qidalanmanızı mütəxəsisslərə həvalə etməklə heç
peşman olmayacaqsınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!