Bananla arıqla

Bananla arıqla
Dieta - Fitnes
10.09.2017 20
Yapon alimi Xitoşi Vatanabe arıqlamaq üçün təqdim elədiyi vasitəni
mətbuatda paylaşıb. Onun səhərlər edilən bu banan dieti bütün Amerikaya
yayılıb. Vatanabe məsləhət edir ki, bu dieti həyata keçirmək üçün səhər
yeməyinin əvəzinə ilıq su ilə banan yeyilsin. "Elə bu” dəyə sual
etsəniz, azca səbrli olun.



Vatanabe deyir ki, bananla ilıq su içmək metabolizmanı gücləndirir və bu
da arıqlamağa kömək edir. Həmçinin bananla ilıq su adamı tox tutur.
Bundan əlavə nahar və şam yeməyi də yeyilsə belə, yenə də çəki itkisi
baş verəcək. Yetər ki, orqanizm bu dieti qəbul edib metabalizmanı
çalışdıra bilsin. Həm də banan dəyməmiş olsa, adamı daha yaxşı tox
tutar.



Diqqət edək:



1. Hər axşam saat 12-də yatmaq lazımdır.



2. Bu saatda qətiyyən yemək olmaz.



3. Həmçinin süd məhsulları və içkidən uzaq olmaq lazımdır.



4. Fiziki hərəkət könüllüdür. Yəni mütləq deyil.



5. Bu diet tutulduğu müddətdə maye yalnız su olmalıdır.



Dietik menyu:



Səhər yeməyi: Bir və ya bir neçə kal banan və bir stəkan otaq temperaturunda su.



Nahar: özün seç.



Arada: yüngül qida, məsələn, meyvə ola bilər.



Şam yeməyi: özün seç. Lakin axşam yeməyi 20:00 gec yeyilməməlidir. Banan dietin xeyirli tərəfləri:



1. Metabalizmanın sürətli işləməsi və çəki azalma.



2. Kofeini rasiondan çıxarmaq qanda qlükozanın səviyyəsini və iştah azalmasına kömək edir.



3. Səhər tezdən bu qarışığı qəbul etmək artıq kalori almaqdan uzaq tutacaq.



4. Bu diet ərəfəsində rasiondan süd məhsullarını çıxartmaq piy və şəkəri məhdudlaşdırmış olarıq.



5. Banan vitamin və minerallarla zəngin bir meyvədir.



Banan dietinin mənfi tərəfləri



1. Bəzi orqanizm (əsas da hipoklekemiyalı) təmiz karbohidratı mənimsəyə bilmir.



2. Fiziki aktivlik məcbur deyil.



Orqanizmlər fərqlidir. Bir dietlə arıqlamaq baş tutmursa, orqanizmin
mənimsəyə bildiyi dietə çatana kimi sınaqdan keçirmək lazımdır. Bu dieti
də sınaqdan keçirməyə dəyər. Çünki bu, orqanizmə uyğun gələrsə,
nəticəsi sizi heyran edəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!