Arıqladan, yağları yandıran bitki çayları ­

Arıqladan, yağları yandıran bitki çayları ­
Dieta - Fitnes
10.09.2017 20
Arıqlamaq üçün bir çox yollardan istifadә edilir. Estetik әmәliyyatlar, pәhriz siyahıları, mәdә
kiçiltmә, arıqlama әmәliyyatları, arıqladan mәhsullar vә hәblәr kimi bir çox variantlar var.

Bunların arasından әn çox seçilәn bitki mәnşәli çaylardır. Bitki mәnşәli çayların çәki
azaltmasındakı rolunu araşdırıb.



Bitki çayları bitki mәnşәli arıqlatma üsulları arasında tәbii olması, qida kimi yeyilmәsi, әks tәsirlәri
vә zәrәrlәrinin çox aşağı olması sәbәbindәn mәşhurdur vә daha çox yayılıb. Bitkilәr alәmindә
şәfa verәn vә çay olaraq içilmәsi mümkün olan bir çox bitkilәr var. Lakin adәt etmәdiyimiz üçün
onların dadı bizә yaddır. Amma onları içsәk, istәdiyimiz çәkiyә çata bilәrik. Bununla hәm büdcә
sarsılmaz, hәm dә heç bir cәrrahiyyә әmәliyyatı keçirmәdәn sağlam formada çәki azaltmaq olar.

Bitki çayları maddәlәr mübadilәsini sürәtlәndirir. İstәr qarın, istәrsә dә bәdәnin başqa hissәlәrindә
olan yağları әritmәk vә artıq çәkidәn xilas olmaq üçün bitki mәnşәli arıqladan çayların istifadәsi
daha çox mәslәhәt görülür.

İlk növbәdә gündәlik qәbul etdiyiniz kaloriyә diqqәt etmәlisiniz. Çünki gündәlik aktivlikdәn daha
çox aldığınız kalorilәr bәdәndә yağ kimi yığılır. Bundan başqa, hormonal nizamsızlıq yaşayan vә
tiroid vәzilәrindә problem olan insanlar daha çox artıq çәki alır. Bu mövzularda sağlamlıq
probleminizin olub­olmadığını öyrәnmәk üçün hәkimә müraciәt etmәlisiniz.

 

Arıqlamağa kömәk edәn bitkilәr arasında razyana daha çox üstünlük tәşkil edir. Bundan başqa,
bibәriyә yağı, küncüt yağı vә limon qabığı yağı da yağ yığılmış bölgәlәrә masaj şәklindә çәkilә
bilәr. Yaşıl çay da maddәlәr mübadilәsini sürәtlәndirәn tәsiriylә arıqladan bitki mәnşәli çaylar
arasındadır.

 

Arıqlamaq üçün qәrәnfil çayı möcüzәsindәn dә faydalana bilәrsiniz. İsti suyun içәrisinә 2 әdәd
qәrәnfil atıb bir az saxlayın. Bir qabda qarışdırdığınız 1 çay qaşığı bal vә 1 yemәk qaşığı alma
sirkәsini hәmin suya әlavә edin. Yaxşıca qarışdırdıqdan sonra ağzı bağlı olaraq stәkanda ilıq
olanadәk saxlayın. Bu qarışığı sәhәr yemәyindәn 1 saat әvvәl için vә 1 aydan çox olmaması
şәrtilә hәr gün tәkrar edә bilәrsiniz.

 

Arıqlamağınıza kömәk olacaq bir başqa bitki çayı isә darçın vә zәncәfil çayıdır. Bu çayı
hazırlamaq üçün ehtiyacınız olan vәsaitlәr 1 darçın qabığı, 1 kök zәncәfil, 1 çay qaşığı qara bibәr,
1 litr su, 6 әdәd hil, 2 әdәd qәrәnfil vә 1 çay qaşığı baldır. Qara bibәr vә baldan başqa qalan
bütün vәsaitlәri bir qabda qarışdırıb 3 dәqiqә qaynadın. Qaynamış qarışımın içinә balı vә qara
bibәri әlavә edin. Әldә etdiyiniz çayı günorta vә axşam gündә 3­4 stәkan içә bilәrsiniz.

 

Zәncәfil çayı, cökә vә ada çayı da tәklikdә sürәtli vә sağlam arıqlamağa kömәk edәn bitki
çaylarıdır. Bu bitki çayları sayәsindә bәdәninizdә yığılan toksindәn azad ola bilәrsiniz. Tәtbiq
etdiyiniz pәhriz proqramlarına bitki mәnşәli arıqladan çayları da әlavә etsәniz, daha sürәtli vә
qalıcı arıqlamağa nail ola bilәrsiniz.

 

Limon otu çayını da arıqlamaq üçün istifadә edә bilәrsiniz. Tәrkibindә olan A vitamini sayәsindә
hәm dәrini gözәllәşdirәn, hәm dә yağ yandırmanı asanlaşdıran limon otu çayı asan tapılan
bitkidir. Bir qaba 2 çay qaşığı limon otu atın, qaynadıqdan sonra çay kimi için. Üzәrinә 1 çay
qaşığı nanә dә әlavә edә bilәrsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!