7 möcüzəvi idman növü

7 möcüzəvi idman növü
Dieta - Fitnes
10.09.2017 43
Sağlam
həyat yaşamaq üçün ən vacib amillərdən biri də müntəzəm olaraq idman
etməkdir. İdmanın faydalarından hər birimiz xəbərdarıq. İndi təqdim
edəcəyimiz bu idman növləri müntəzəm olaraq edilərsə, möcüzə yaradar.



İplə tullanmaq

Ən
təsirli yağ yandırma hərəkətlərindəndir. Hər dəqiqə üçün 10-20 kalori
yandırmanıza kömək edəcək bu hərəkət bədəndəki bütün əzələləri hərəkət
etdirməklə yanaşı, qadınlarda sellüliti azaldır, ayaq, baldır
əzələlərini işlədir, qan dövranını artırır.



Squat (çöməlmə hərəkətləri)

Bədəni
şəkil və formaya salan idman hərəkətlərindən biridir. Omba əzələlərini
gücləndirib daha qalxıq və yuvarlaq ombaya sahib olmaq istəyən
qadınların sevimlisi olan bu idman hərəkəti, yağ yandırmaq üçün ideal
seçimdir. Jumping Squat (Tullanma) bədəninizi çalışdırır və ürək
ritminizi sürətləndirər. Dumbell squat ( ağırılıqlı squat ) bədəninizin
müvazinətini artırır. Squatı müntəzəm olaraq etsəniz, sağlam və dik bir
duruşa sahib bədənə nail olacaqsız.



Jim etmək

Klassik
idman hərəkətlərindən olam jim bədəni inkişaf etdirmək üçün ən təsirli
hərəkətlərdən biridir. Fərqli şəkildə edərək qol və çiyin əzələlərinizin
fərqli-fərqli bölgələrini çalışdıra bilərsiniz.



Lunge

Ayaq
əzələlərinizi gücləndirmək üçün lunge çox təsirlidir. Müvazinəti
artıran möhtəşəm idman hərəkəti olan lunge ağırlıq qaldırmaqla da və
tullanmaqla da edilə bilər. Gündə 3 dəfə olmaqla hər dəfəsində 10 dəfə
lunge edin.



Üzmək

Yay aylarının ən böyük əyləncəsi olan üzmək bədənin bütün əzələlərini çalışdırır, həm də əyləncəlidir.



Qaçış

Qaçmaq
sadəcə idman deyil, eyni zamanda müalicə növüdür. Stress və depressiya
riskini azaldır. Dəniz kənarında edilə biləcək ən əyləncəli idmandır.



Velosiped sürmək

Nə qədər tərləsəniz bir o qədər kalori yandırmış olacaqsınız. Ayaq və omba əzələlərini işlətməyə kömək edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!