Bu toxumlar sayəsində sürətlə arıqlayacaqsınız

Bu toxumlar sayəsində sürətlə arıqlayacaqsınız
Dieta - Fitnes
10.09.2017 30
Dietoloqlar arıqlamaq
istəyənlərə toxumlardan faydalanmağı məsləhət görürlər.

Son illər aparılan
araşdırmalar xüsusilə, 4 bitkinin toxumunun arıqlamağa kömək etdiyini üzə
çıxarıb.

 

Çiya (Chia)
toxumu

Bu toxum liflərlə zəngindir.
Ona görə də, maddələr mübadiləsini sürətləndirir. Çiya toxumu sağlam arıqlamağa
kömək edir. Tərkibindəki omeqa 3 yağ turşuları orqanizmdəki zərərli yağları
parçalayır və xolesterinin səviyyəsini aşağı salır. Çiya toxumunu salatlara,
qatığa və ya kokteylərə qarışdırıb qəbul etmək olar.

 

Kətan toxumu

Kətan toxumu da zəngin lif qaynaqlarından
biridir. Bu toxum qəbizliyin qarşısını alır, xolesterinin səviyyəsini aşağı
salır. Araşdırmalar kətan toxumunda balıqdan daha çox omeqa 3 turşusu olduğunu
göstərib. Kətan toxumunu da salat və qatıqla yemək mümkündür.

 

Xardal
toxumu

Digər toxumlardan fərqli
olaarq xardal toxumunu yeməklərdə də istifadə etmək olur. Balıq və ət
yeməklərinə ləzzət verir. Xardal toxumu omeqa-3 turşusu,  kalsium, lif,
dəmir, maqnezium, fosfor, zülal və sinklə zəngindir.


 

Günəbaxan
tumu

Günəbaxan tumunu demək olar
ki, hamı sevir. Ancaq onun orqanizmə faydalı olması və sizi arıqlatması üçün
duzsuz olanlarından yeməlisiniz. Çünki duzlu günəbaxan tumu arıqlatmaq əvəzinə
suyun bədəninizdə yığılıb qalmasına və böyrəklərin yorulmasına səbəb ola bilər.

Duzsuz günəbaxan tumu isə
toxluq hissi verir, maddələr mübadiləsini sürətləndirir, qaraciyərin
fəaliyyətini yaxşılaşdırır. Gündə iki xörək qaşığı günəbaxan tumu yeməyiniz
kifayətdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!