Çörəkdən imtina edib arıqlamaq olurmu?

Çörəkdən imtina edib arıqlamaq olurmu?
Dieta - Fitnes
10.09.2017 31
Bəzən eşidmək olur ki, insan çörəkdən imtina etdikdən sonra tez bir zamanda arıqlayıb. Bu nə dərəcədə doğrudur?

Qadınlar.biz
bildirir ki, bütün dünya diyetoloqları arıqlamaq istəyən insanlara
çörəyin qəbulunu kəskin azaltmağı tövsiyə edirlər.

Ağ çörək kalorili məhsuldur. 100 qr ağ çörəyin enerji dəyəri 254 kkal təşkil edir. Bu 100 qr ətdə olan kaloridən çoxdur.

Bundan əlavə yüksək qlikemik indeksə malik olan çörək qanda şəkərin
tez qalxmasına və daha sonra tez də düşməsinə səbəb olur. Nəticədə insan
daha tez acır.

Pəhriz saxalayan insan gün ərzində 2 tikə ağ çörəkdən artıq
yeməməlidir. Ən yaxşı variant isə ağ çörəkdən tam imtina edib xüsusi
pəhriz saxlayanlar üçün olan çörəyi qəbul etməkdir.

Təbii ki, yalnız ağ çörəkdən imtina edib effektli arıqlamaq mümkün
deyil. Çörəkdən əlavə insan çox yağlı, qızardılmış, şirin qidalardan, un
məmulatlarından, yağlı souslardan, mayonezdən, şirin qazlı içkilərdən
imtina etməlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!