Qarnı 60 saniyəyə əridən Sassi suyu

Qarnı 60 saniyəyə əridən Sassi suyu
Dieta - Fitnes
10.09.2017 41
Sassi suyunun hazırlanma qaydasını təqdim edirik:

Dünya şöhrətli dietoloq olan Sintia Sassın şərəfinə belə adlanan su,
arıqlamaq istəyən, qarın nahiyəsində problemləri olan, eləcə də
orqanizmini yaxşılaşdırmaq istəyənlər üçün olduqca faydalıdır.

İnqredientlər:

Suyu tökmək üçün qab;

Orta ölçülü limon və xiyar;

Zəncəfil kökü;

Nanə;

Təmiz su.

Hazırlanması:

Addım 1.

Sassi suyunu axşamdan hazırlamaq daha yaxşı olardı. Belə ki, su
soyumalı və tərkibindəki ərzaqlar öz faydalı maddələrini suya
çıxarmalıdırlar. İlk növbədə, limon, xiyar, zəncəfil və nanə yaxşı
yuyulur (limon və xiyarın qabığı soyulmadığı üçün təmiz yuyulmaları
vacibdir).

Addım 2.

Limon və xiyar nazik halqalar şəklində doğranır. Zəncəfil kökündən 1-2
sm uzunluğunda hissəsini kəsib qabığını soymaq və rəndələmək lazımdır.
Sonda alınan zəncəfil 1 çay qaşığı qədər (təpəciklə) olmalıdır. 10-15
yarpaq nanə götürmək kifayətdir.

Addım 3.

Hazırlanmış inqredientləri 2 litr həcmi olan qaba boşaldırıq. Üzərinə 2
litr təmiz filtrlənmiş su töküb soyuducuda bir gecə qalmalıdır.

Addım 4.

Hazırlanmış 2 litr məhlulun hamısı gün ərzində içilməlidir. Səhər
acqarnına 1 stəkan Sessi suyu içmək lazımdır. Zəncəfil bağırsaqların
işini yaxşılaşdırır. Sassi suyu şişkinliyi yatırır, bədəndə olan
toksinləri çıxarır, mədə-bağırsaq sistemini qaydaya salırскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!