Arıqlamağa kömək edən meyvələr

Arıqlamağa kömək edən meyvələr
Dieta - Fitnes
10.09.2017 20
Meyvələr bol miqdarda şəkər ehtiva edirlər. Buna baxmayaraq, diyetoloqlar bəzi meyvələrin bədəndəki yağları əritdiyini və arıqlamağa kömək etdiyini bildirirlər.

Türkiyəli diyetoloq Ebru Piroğlu çəki itirməyə kömək edən meyvələri sıralayıb.

Alma
Tərkibindəki lif sayəsində uzun müddət tox saxlayır. Maddələr mübadiləsini sürətləndirdiyi üçün hər gün yemək olar. Gündə 1 ədəd alma yemək kifayətdir.

Şaftalı
Antioksidantlar baxımından zəngindir. Bağırsaqların işini asanlaşdırır. 3 gündən bir 100 qram şaftalı yemək olar.

Qovun
Arıqlamağa kömək edən ən təsirli meyvələrdən biridir. 200 qram qovun 60 kalori ehtiva edir. Həftənin 2 günü 2 dilim qovun yemək məsləhətdir.

Limon
Yağları əridir. Orqanizmi toksinlərdən təmizləyir. Hər səhər 1 stəkan limonlu su içmək tövsiyə edilir.

Banan
İmmunitet sistemini gücləndirir, iştahı kəsir. Xüsusilə səhər yeməyi zamanı 50 qram banan yemək olar.

2-3 meyvəni eyni vaxtda yedikdə miqdarı azaltmağı unutmayın. Gündəlik qəbul etdiyiniz meyvələr ümumilikdə 200 qramdan artıq olmamalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!