Yağları sürətlə əridən 5 faydalı məsləhət

Yağları sürətlə əridən 5 faydalı məsləhət
Dieta - Fitnes
10.09.2017 23
İsti geyimlər artıq qarderobdan yığışdırılıb. İncə geyimlərdə artıq çəkilər özünü biruzə verməyə başlayıb. Təşvişə düşməyə ehtiyac yoxdur.

Dietoloq Gamze Şanlı Akının bədəndəki artıq yağları əridən 5 məsləhətini təqdim edirik:

Yağ əridən şorba
3 orta boy balqabaq, 1 xörək qaşığı bolqar bibəri, 2 ədəd enginar, 1 dəstə şüyüd, 1 orta boy soğan, 1 su bardağı süd və ya 3 dilim "karper" pendir
Hazırlanması: Balqabaq, bolqar, enginar, şüyüd və soğanı 6 stəkan su ilə bişirin, blenderdən keçirin. Qaynamağa başlayanda yavaş-yavaş qarışdıraraq, südü və ya pendiri əlavə edin. Doyana qədər qəbul edə bilərsiniz. Bunu həftədə 2-3 dəfə axşam yeməyi olaraq yemək olar.

Rəngli tərəvəzlər
1 orta boy badımcan, 1 orta boy balqabaq, 1 ədəd qırmızı istiot, 1 ədəd göy bibər, 3 ədəd orta boy göbələk, 1 yemək qaşığı yağ, zəncəfil
Hazırlanması: Bunları istədiyiniz şəkildə doğrayıb, yağ və ədviyyatlar ilə qarışdırın. 200 dərəcədə, 25-30 dəqiqə bişirin. Həftədə 1-2 dəfə günorta yeməyi kimi qəbul etmək olar.
Sous üçün: 3 yemək qaşığı qatıq, ¼ dəstə şüyüd (incə doğranmış), nanə və kəklikotu qarışdıraraq üzərinə tökün.

Köpün qarşısını alan çay
1,5 litr su, 1 dəstə cəfəri, 1 çimdik qarğıdalı saçağı, 1 çimdik darçın, ½ qoz böyüklüyündə təzə zəncəfil, (rəndələnmiş olmalıdır) 1 ədəd limonun suyu.
Hazırlanması: Bütün ərzaqlar birlikdə 10 dəqiqə qaynadılıb süzüldükdən sonra içinə limon suyu əlavə olunur. İsti və ya soyuq içmək olar. Gündəlik və 1 həftə ərzində qəbul edin.

Qarın əridən detoks
1 stəkan badam südü, 4 ədəd çiyələk, 10 ədəd qaragilə, ¼ avokado, 1 yemək qaşığı çia toxumu, (çinlilərə məxsusdur) 3-4 ədəd ispanaq, 1 çay qaşığı darçın, ½ çay qaşığı zəncəfil tozu.
Hazırlanması: Bütün bunları blenderdən keçirin. Həftədə 2-3 dəfə qəbul etmək olar.

Təmizləyici içki
½ dəstə cəfəri, 1 ədəd kiçik çuğundur, ½ stəkan kefir, ½ çay qaşığı zəncəfil tozu, 2 yemək qaşığı yulaf əzməsi, 1 çay qaşığı çia toxumu.
Hazırlanması: Sadalanın ərzaqları blenderdən keçirin. Həftədə 2-3 dəfə günorta saatlarında yemək olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!