Səhər idmanı edənlərə xəbərdarlıq

Səhər idmanı edənlərə xəbərdarlıq
Dieta - Fitnes
10.09.2017 19
Türkiyəli kardioloq Turqay Burucu sağlamlıq üçün hər səhər idman edənlərə tövsiyələrini edib.

O, səhər saatlarının idman üçün uyğun olmadığını bildirib.

Mütəxəssis səhər idmanının sinir sistemini aktiv hala gətirdiyini və təzyiqi qaldırdığını xüsusi vurğulayıb:

"Səhər saatları idman üçün uyğun deyil. Bu saatlarda sinir sistemi aktiv hala gəlir. Adrenalin, efedrin və kortizon kimi təzyiqi yüksəldən, həyəcana səbəb olan hormon artmaları müşahidə olunur. Qanın laxtalanma meyli artır. Səhər saat 07:00-də qan təzyiqi ən kəskin yüksəlişini göstərir. Eyni zamanda ürək infarktı riski artır. Yuxudan oyandıqdan yarım və ya bir saata qədər özünü yeni gün üçün hazır edirsən. Həmin an idmanla başlayan stress insanın gününə hakim kəsilir. Gözəl bir səhər yeməyindən 1 yaxud 2 saat sonra başlayan yürüş lazımi fayda verəcəkdir".

T. Burucu idman etməyin ən münasib saatlarının günortadan sonra, saat 16:00-dan 19:00-a qədər olduğunu qeyd edib:

"Axşam saatlarında idman edildikdə, həzm sistemi sürətlənir və orqanizmdə yağlar tədricən əriməyə başlayır. İdman edilən zaman yanında su qəbul edilməsi vacibdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!