Artıq çəkidən xilas edəcək səhər vərdişləri

Artıq çəkidən xilas edəcək səhər vərdişləri
Dieta - Fitnes
10.09.2017 25
Əgər siz də artıq çəkidən heç cür xilas ola bilməyən insanlar qrupuna aidsinizsə, o halda vərdişlərinizi dəyişmək vaxtıdır.

Bunun üçün səhər yuxudan duran kimi vərdişlərinizi arıqlamaq məqsədi ilə nizamlayın. Beləliklə də siz tədricən artıq çəkidən tezliklə xilas olacaq və ən əsası yenidən kökəlməyəcəksiniz.

Sizə artıq çəkidən xilas edən 20 sadə səhər vərdişlərinin siyahısını təqdim edirik:

1. Səhər yeməyini buraxmayın. Yoxsa gün ərzində fasiləsiz yeyəcəksiniz. Ən azı, yuxudan oyandıqdan bir saat sonra nəsə yeyin (qəhvə - yemək deyil).

2. Səhərinizi yemək hazırlamağa sərf etməyin. Axşamdan üzərinə qaynar su əlavə edilmiş yulaf yeyin. Beləliklə də siz səhər yeməyinə əlavə vaxt sərf etməyəcəksiniz. Yulafa qoz, meyvə və darçın da əlavə etməklə siz daha da dadlı və qida dəyəri yüksək yemək əldə edəcəksiniz. İş yerindən aldığınız yeməklər və şirniyyatlar isə sizə artıq çəki hədiyyə edəcək, üstəlik, heç bir faydası olmayacaq.

3.
Yumurta ağı da əlavə edin. O sizə uzun müddət ərzində tox qalmağa kömək edəcək. Səhərlər daha keyfiyyətli proteinli yeməklərə - yumurta, balıq və yoqurta üstünlük verin.

4. Bulkaları unudun! Şirin kömbə bulkalar cəlbedici görünsə də, bu səhər yeməyi (nahar və şam yeməyi üçün həmçinin) üçün yaxşı seçim deyil. Balanslaşdırılmış qidalanın. Məsələn, buğda çörəyi ilə qızıl balıq.

5. Yaşıl çay için. Yaşıl çayın tərkibində olan kaxetlər maddələr mübadiləsini sürətləndirir və piyləri əridir.

6. Səhər yeməyini oturaraq yeyin. Səhər nə qədər işiniz olsa da, 10 dəqiqə zaman ayıraraq rahat yemək yeyin. Masa arxasında diqqətinizi yeməyə yönəldin. Beləliklə yemək daha ləzzətli və doyumlu olacaq.

7. Erkən oyanın. Statistika göstərir ki, səhər erkəndən oyananlar daha gümrah və xoşbəxt olurlar.

8. Məqsədinizi özünüzə xatırladın. Smartfonda sizə normal kalorini xatırladacaq qurğunu qurun. İncəbel qızların fotolarını, ya bu yazını çap edib otağınızda görünən bir yerdən asın. Bu, sizə gün ərzində zərərli qidalardan uzaq olmağa kömək edəcək, həm də yaxşı stimul verəcək.

9. Mütəmadi olaraq çəkinizi yoxlayın. Bu isə sizə düzgün qidalanmağı unutdurmayacaq. Bununla yanaşı, siz "qəfildən" 15 kq kökəlmiş insanlardan olmayacaqsınız.

10. Pərdələri çəkin. Yuxudan oyanan kimi günəş şüalarını otağınıza qonaq çağırın. Siz özünüzü daha da yaxşı hiss edəcək və daha az yeyəcəksiniz.

11. Bir stəkan su için. Su sərinlədəcək, maddələr mübadiləsini sürətləndirəcək və aktivliyi artıracaq.

12. Meditasiya edin. Səhəri meditasiya ilə açın, nəfəs texnikaları da arıqlamaq üçün çox təsirlidir, diqqətinizi xoş fikirlərə yönəldin, daxili aləmlə dialoqu bərpa edin. Bu sizdə stressi azaldaraq piy yığılmasının qarşını alacaq. Pozitiv əhval-ruhiyyə isə sizin üçün şirniyyatı əvəz edəcək.

13. Yeməkdən əvvəl məşq edin. Məşqə ac başladıqda piylər daha sürətlə əriyir.

14. Səhər yeməyindən əvvəl gözəl geyinin. Səhər yeməyini pijama və xalatla yeməyin. Hətta bu gün işə getməsəniz belə, gözəl və eleqant geyinin. Bu, sizə özünüzü daha da gözəl hiss etdirəcək, həm də artıq yeməkdən çəkindirəcək.

15. Şən videolara baxın. Hamıya məlumdur ki, gülüş ömrü uzadır və artıq kalori vermir. Əksinə, 10 dəqiqə gülməli videolara və ya şəkillərə baxmaqla siz 20-40 kalori itirəcəksiniz. Ən əsası isə ürəkdən gülün.

16. İstiot əlavə edin. Birincisi o, omleti, avakadonu və sendviçi dadlı edəcək. İkincisi isə istiotun aktiv komponentləri yeni piy qatlarının yaranmasına əngəl olacaq.

17. Darçın əlavə edin. O, iştaha nəzarət etməkdə kömək olur.

18. Doyunca yatın. Əgər siz səhər erkəndən oyanaraq idmanla məşğul olmaq, dadlı səhər yeməyi hazırlamaq, meditasiya etmək istəyirsinizsə, normal yatmalsınız. Axşam vaxtında yatın ki, bütün gün ərzində gümrah və güclü olasınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!