10 dəqiqədə kalori yandırın

10 dəqiqədə kalori yandırın
Dieta - Fitnes
10.09.2017 25
Ağırlıqla işləyin
Daşıya biləcəyiniz qədər ağırlığı alın və qollarınızı önə doğru qıraraq dambılları çiyinlərinizə söykəyin. Dizlərinizi çiyin genişliyində açaraq çömelin, qalxın və ağırlıqları yuxarı doğru qaldırın. Bu hərəkəti yeddi dəfə etdikdən sonra bir az istirahət edin və şınav çəkər kimi mövqe alın. Bu şəkildə dayanarkən qıçlarınızı yana doğru açın və bağlayın. Bu da plank jacks hərəkətidir. Yeddi təkrardan sonra bu hərəkəti də bitirin. Amma aralarda istirahət edərək əlinizdən gəldiyi qədər təkrar edə bilərsiniz.

Yumruq atın
Kick boks edərək 10 dəqiqədə təxminən 107 kalori yandırmanın mümkün olduğunu daha əvvəl heç düşünmüşdinizmi? Boks ilə birlikdə kardiyo işləri də edə bilsəniz daha yaxşı nəticələr əldə etməniz mümkündür.

Step edin
Bir zamanların favorit məşqi olan stepin təsirindən hələ faydalanmanız mümkündür. Gedə bilirsinizsə bir idman salonunda, təxminən 25 sm-lik step taxtasını istifadə edərək 10 dəqiqədə təxminən 107 kalori yaxa bilərsiniz. Əgər bir idman salonuna gedə bilmirsinizsə, möhkəm və yüksək hər hansı bir nərdivan ya da tərəvəz-meyvə kassası da istifadə edərək eyni nəticəyə çata bilərsiniz.

İp atlayın

Uşaqlığımızda ən çox oynadığımız oyunlardan biri olan ip atlamaq, böyüsək də favoritlərimiz arasında qalmağa davam edir. Çünki çox sürətli bir tempdə atlamadan belə 10 dəqiqədə təxminən 107 kalori yandırıla bilir ip atlayaraq. Daha templi atlamağı sınayaraq daha çox kalori yandırmanız da mümkündür.

Qayalara dırmaşın

Tətildə olduğunuzda tərtəmiz təbiət içərisində də edə biləcəyiniz bu fəaliyyəti süni dırmaşma divarlarında da edə bilərsiniz. Hərəkəti edərkən özünüzü yuxarı doğru itələyəcəyiniz üçün möhkəm ombalara, seksual və sütun kimi qıçlara sahib olacaqsınız. 10 dəqiqədə təxminən 118 kalori yandırmanın mümkün olduğunu da xatırlatmaq istəyərik.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!