Arıqlamaq istəyənlər süd və qatıq istifadə etsin

Arıqlamaq istəyənlər süd və qatıq istifadə etsin
Dieta - Fitnes
10.09.2017 41
Nizamlı məşq etmək qədər hansı qidanın, necə qəbul edildiyi də kilo tarazlığını təmin etmək və arıqlamaq üçün faktordur. Kilo verilən müddətdə sabitlik və hədəfə adabtasiya olmaq da olduqca vacibdir. Bəzi qidalar çox daha sürətli kilo verilməsini təmin edir, vacib olan bu qidaları nizamlı bir şəkildə qəbul etməkdir.

Sürətli kilo verdirən qidaların arasında ilk sırada iştirak edən möcüzəvi və təsirli qidalar:
süd və qatıq.

Süd

Süd içmək bağırsaqların hərəkətini təmin edəcəyi kimi, başa dərd olan yağların daha sürətli yandırılmasında da təsirli olar. Südün tərkibində olan kalsium sayəsində, yağları əritmək mümkündür. Təbii ki, yalnız süd içmək yağları əritmək üçün kafi deyil, mütləq digər yağ əridən qidalarla, gediş və məşq ilə dəstəklənilməsi lazımdır.

Kilo verdirməsinin yanında südün daha bir çox faydası var. Diş, ürək, dəri sağlamlığının və sümüklərin qorunması baxımından da süd qəbul edilməsinə fikir verilməsi lazımdır.

Bədənə olan bu faydalarından faydalanmanın yanında xüsusilə kilo vermək məqsədli süd içilərkən yağ nisbəti aşağı süd seçim edilə bilər. Aşağı yağ nisbətli süd seçmək qadınların daha sürətli kilo vermələrində daha təsirlidir. Süddə yağ nisbəti düşsə də, ehtiva etdiyi kalsium miqdarında bir dəyişmə olmur. Gündə iki stəkan süd içərək bədənin ehtiyacı olan kalsiumu alarkən, kilo verməyi və xüsusilə göbək yağlarını əritməyi təmin edə bilirsiniz. Arıqlamaq stəyirsinizsə hər gün mütləq iki stəkan süd için.

Qatıq
Kilo verməyə köməkçi olan bir başqa qida da, ehtiva etdiyi kalsium və amin turşuları sayəsində bədəndəki çox yağları yandıran qatıqdır.

Kalsium baxımından zəngin olan qatıq, maddələr mübadiləsini sürətləndirmək baxımından vacibdir. Maddələr mübadiləsinin sürətlənməsi kilo verməyi asanlaşdırır. Xüsusilə göbək yağlayarının əridilməsində nizamlı qatıq yeyilməsinin payı böyük bu səbəblə hər yeməkdən sonra ya da ra pay edərkən bir qab qatıq yeməyə laqeyd yanaşmayın.

Qatıq kilo verdirmənin yanında göz, dəri və diş sağlamlığı baxımından da bədənin alması lazım olan bir qidadır. Sümüklərin qorunmasında da təsirli. Yalnız yağları əritmək üçün deyil, sağlam bir həyat üçün də qəbul edilməli. Nizamlı qatıq yediyinizdə yalnız kilo verməklə qalmır, ayrıca əzələlərinizi də gücləndirə bilirsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!