Bağırsaqları təmizləyib, arıqladan iki ən asan metod

Bağırsaqları təmizləyib, arıqladan iki ən asan metod
Dieta - Fitnes
10.09.2017 10
Bağırsaqlarda şlakların yığılması insanda narahatlıq yaradır. Xüsusilə qadınların yoğun bağırsağı qida, iqlim dəyişikliklərinə reaksiya verir.

Çünki yoğun bağırsaq çox həssas orqandır, orqanizm daxilində baş verən istənilən dəyişikliklərə reaksiya verə bilər.

Zərif cinsin nümayəndələrinə bağırsaqları sanki yuyub təmizləyən 2 maraqlı resepti təqdim edir. Əslində bu reseptdən kişilər də istifadə edə bilər. Sadəcə xanımlar qarnı əridən metodlardan geniş istifadə etdikləri, düz və hamar qarına sahib olmağa çox çalışdıqları üçün bu reseptləri daha həvəslə tətbiq edirlər.

Beləliklə, sizlərə bağırsaq üçün iki maraqlı resept təqdim edirik. Yazılanlara inansaq, birinci reseptlə hətta aya 11 kq arıqlamaq mümkündür. Bu tərz qidalanmanın müsbət tərəfi odur ki, onun sayəsində üzün rəngi açılır, canlanır, tərkibindəki B qrup vitaminləri isə saçların tökülməsinin, dırnaqların qırılmasının qarşısını alır.

Bağırsaq üçün birinci qidanın resepti aşağıdakı kimidir:
Yulaf lopası - 5 xörək qaşığı
Su - 5 xörək qaşığı
Süd - 1 çay qaşıq və ya 1 çay qaşığı qaymaq
Bal 1 çay qaşığı
Qoz - 5 ədəd

Hazırlanması:
Axşamdan 5 xörək qaşığı yulafı 5 xörək qaşığı qaynadılmış soyuq suda isladın. Səhər tezdən ona 1 xörək qaşığı süd və ya 1 çay qaşığı qaymaq, 1 çay qaşığı bal və 5 ədəd qoz və ya fındıq ləpəsi əlavə edin. Bütün bunları yaxşıca qarışdırın və yeyin. Üç saat ərzində heç nə yeməyin, içməyin.

İkinci reseptin də təsiri eynidir.
Kefir və qarabaşaq unu bağırsaqları təmizləyir, maddələr mübadiləsinin və mədəaltı vəzinin fəaliyyətini normallaşdırır, qanda şəkərin səviyyəsini aşağı salır. Həqiqətən də əsl müalicə vasitəsidir!

Bir xörək qaşığı qarabaşağı qəhvəüyüdəndə üyüdüb un halına salın, onu bir stəkan kefirə əlavə edib soyuducuya qoyun. Səhər yeməkdən yarım saat əvvəl şəfaverici vasitəni için. Müalicə kursu - 14 sutkadır.

Bu reseptləri səhər və ya axşam istifadə edən və qidalanmasına bir qədər diqqət yetirənlər 5-10 kilo arıqlayacaqlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!