Doğru nəfəs almağın yolu

Doğru nəfəs almağın yolu
Dieta - Fitnes
10.09.2017 59
Körpələrin nəfəs almasını diqqətlə izləyin. Qarınlarının şişdiyini görəcəksiniz. Mütəxəssislərin fikrincə də ən düzgün nəfəs alma forması körpələrin etdiyi kimi qarnı şişirdərək nəfəs almaqdır. Bu şəkildə nəfəs almağın həm də psixoloji faydasının olduğu deyilir.
Doğru nəfəs alıb vermək sadəcə bədənin yetərli oksigen almasını təmin etmir, həm də sakit və hüzurlu olmağa yardımçı edir.

Körpə və uşaqlar daha sıx qarnından nəfəs alıb verirlər. Onların xoşbəxt, stressiz olmalarının səbəbi də budur. Yetkinlik yaşına çatanda isə hamımız döş qəfəsi ilə nəfəs almağa başlayırıq.

Qadınlar.Biz doğru nəfəs almağın qaydalarını təqdim edir.

Əlinizi qarnınıza qoyun. Burnunuzdan aldığınız nəfəslə qarnınızı şişirin. Qorxmayın, nə qədər çox şişərsə, o qədər yaxşı olacaq. Şişəndən sonra qarnınızdakı havanı ağzınızla fit çalarmış kimi boşaldın.

Başlanğıcda 4 saniyədə aldığınız nəfəsi 8 saniyədə verməyə çalışın.

Qarnınızdan nəfəs alıb verməyi öyrəndinizsə, bu hərəkətləri ayaqüstə, oturarkən, arxası üstə uzanarkən də edə bilərsiniz. Nəfəs alıb vermənizi əngəlləyəcək geyimlər geyinməyin.

Əgər arxasıüstə uzanmısınızsa, qollarınızı yavaşca yana doğru açın. Ayaqlarınızı da düz tutub dizlərinizi bükün.

Əgər oturaqsınızsa, qollarınızı oturacağın kənarlarına qoyun. Ayaqlarınız tam olaraq yerə söykənsin və kürəyinizi oturacağa tam söykəyin.

Ayaq üstəsinizsə, ayaqlarınızı omba genişliyində açın və hər iki ayağınıza eyni səviyyədə ağırlıq yükləyin.

Gündə 3-5 dəfə bu hərəkətləri edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!