Piyləri yandıran ədviyyat

Piyləri yandıran ədviyyat
Dieta - Fitnes
10.09.2017 17
Hil tək ədviyyat deyil eyni zamanda əsl təbii dərmandır. Hil ürək-damar, sinir, mədə-bağırsaq sisteminə çox müsbət təsir edir, orqanizmə antiseptik və iltihabəleyhinə təsir edir, orqanizmi ziyanlı maddələrdən təmizləyir.

Bundan əlavə hil orqanizmdə gedən mübadilə proseslərini sürətləndirmək xüsusiyyətinə malikdir. Bu səbəbdən hil arıqlamağa və bədən çəkisini normada saxlamağa kömək edir. Hilin bu xüsusiyyətindən faydalanmaq üçün hili əzib çaya, qəhvəyə, istənilən ət, balıq xörəklərinə əlavə etmək olar.

Hilin dəmlənməsi də çox effektli vasitədir. 3-4 hil qəhvəüyüdəndə üyüdülür, 1/2 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, süzülür və adi çay kimi içilir. Dəmləməyə 1 dilim limon əlavə etmək olar. Bu arıqladan dəmləməni pəhriz zamanı istifadə edə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!