Pəhrizə başlamazdan əvvəl bunları edin

Pəhrizə başlamazdan əvvəl bunları edin
Dieta - Fitnes
10.09.2017 41
1- Həqiqətən tam bir iradəylə arıqlamağa hazırsınız? Deyilsinizsə əvvəl ruhi və zehni olaraq hazırlanın.

2- Bir başqası üçün faydalı və ya təsirli ola bilən diyetlər sizin üçün eyni nisbətdə müvəffəqiyyətli olmaya bilər. Diyeti seçərkən yaş, cinsiyyət, tibbi xüsusiyyətlər və bədən tipinizi diqqətə alın.

3- Diyet üçün lazım olan vəsaitləri və ya yeməkləri əvvəldən hazırlayın.

4- Yalnız diyetlə arıq olunmaz. Diyetlə birlikdə mütləq nizamlı hərəkət edin. Ayrıca masajın, təbii-bitki mənşəli preparatların, çayların, ədviyyatların, psixoloji dəstəklərin və lazım olduğunda köməkçi arıqlama alətlərinin də əhəmiyyəti böyükdür.

5- Heç bir diyet tək başına bir möcüzə deyil. Səbirlə tətbiq olunduğunda işə yarayar. Artıq bir sistemi seçdinizmi həkim idarəsində və çox təcrübəyə güvənin.

6- Əgər bir adam sağlam və şüurlu qidalanmağı vərdiş halına gətirir və ya yaşam tərzinə çevirə bilirsə o zaman müvəffəqiyyət gəlir və verilən kilolar geri alınmaz. Ancaq yalnız yaza incə girmək üçün müəyyən bir dövr arıqlamağı məqsəd qoyur sonra təkrar səhv qidalanma və ya həyat tərzinə geri dönürsünüzsə 'Yoyo Sindromu' deyilən vəziyyətlə qarşı-qarşıya qalarsınız. Bir verər bir alarsınız və bu vəziyyət maddələr mübadiləsiniz üçün heç də yaxşı deyil.

7- İndi bu gecə yatmazdan əvvəl sabah diyet və arıqlama proqramına başlayıram deyə konsentrə olun, geriyə doğru 5 dəqiqə dayanaraq gözlərinizi bağlayın və 2 ay sonra özünüzü olduğunuzdan daha incə, sağlam və gözəl xəyal edin. Bu xəyali zehininizə yazın və təbiətdən, sizi yaradandan enerji çəkin, dəstək və motivasiya istəyin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!