Təbii yolla arıqlamağın resepti

Təbii yolla arıqlamağın resepti
Dieta - Fitnes
10.09.2017 26
Orqanizmi düyü ilə təmizləmək ən çox məsləhət görülən üsullardan biridir.

Elmi təbabətdə düyü arıqladıcı, orqanizmi və dərini təmizləyən, saçı bərpa edən vasitə kimi qəbul edilir. Qısa zamanda nəticə verir və öz möcüzəsini göstərir.

Effekti soda və limon şirəsi ilə müqayisə edilə bilər. Bu gözəl Asiya resepti ilə sizi tanış edirik. İnanırıq ki, sizin də xoşunuza gələcək.

İnsanlar fərqli olduğu kimi orqanizmlər də fərqlidir. Hansısa resept birinə təsir edir, digərinə yox. Lakin bir şeyi unutmayın. İstifadə edəcəyiniz süni, normasından uzun, sintetik, emal olnub həddindən artıq ağardılmış düyüdən deyil, öz təbii rəngində olan, qoxulu, yerli (uzun-xırda fərq etməz) düyüdən istədiyiniz effekti ala biləcəksiniz.

Düyü ilə dəri təmizləməsi:
Düyünün tərkibi B, C, E vitaminləri ilə zəngindir. Bu vitaminlər məsamələri azaldır, dərini yumşaldır. Və yeri gəlmişkən, dərini günəş şüasından qoruyur. Düyünü istifadə etmədən öncə tozunu, çirkini təmizləmək üçün 0.5 fincan düyü yuyulur. Şüşə qabda üzərinə çıxana kimi çiy su tökülür, 1 saat gözlənilir. Bu vaxt ərzində düyünün tərkibi suya qarışır və bu da dəridə öz effektini göstərir. Sonra su süzülür və pambıqla dəriyə çəkilir. Quruduqca bir neçə dəfə çəkə bilərsiniz. Və zamanla dərinizin yumuşaldığının, elastikliyinin artdığının şahidi olacaqsınız. Süzülmüş düyünü nədəsə istifadə edə bilərsiniz deyə atmayın. Bu suyu soyuducuda 5 gün saxlamaq olar.

Saçlar üçün düyü suyu:
Dəri üçün hazırlanan məhlulla saçları da yumaq olar. Nəticədə saçlar yumuşaq, parlaq olur.

Arıqlamaq üçün düyü suyu:
Arıqlamaq üçün isə düyü suyu bu çür hazırlanmalıdı: Bizə düyü dəmləməsi lazımdır, daha doğrusu düyü həlimi. Adi qayda olaraq da, düyü qaynadıldıqda alınan su arıqladıcı vasitə sayılır. Amma asiyalılar bunu çətin üsulla hazırlayırlar.

Asiya üsulu:
1. 1 fincan yuyulmuş, təmiz düyüyə 4-7 fincan su əlavə edilir.
2. 2-4 saat zəif odda ağzı açıq halda dəmlənilir.
3. Hazır dəmləmə gün ərzində içilir.

1 fincan düyü dəmləməsi 150 kalori dəməkdir. Bu isə bir oturumda qəbul etdiyiniz 650 kalorini əvəz edə bilər. Bu üsul insanı incəltməklə bərabər, orqanizmdən duzu da tökür.

Qıcqırdılmış düyü suyu:
Bu düyü suyu az turşumuş olur. Dadında da az turşuluq hiss olunur. Lakin bu suyun tərkibi antioksidant, minerallar, E vitamini və fermenlərlə zəngindir. Bu su dəridə sızanaqlara, qırışlara, dəri iltihabına müsbət təsir göstərir, dəriyə parlaqlıq verir. Bu suyla saçları yumaq qədim Asiya üsuludur. Yaponiyada 80 yaşlı qadınların saçlarının uzunluğu 1.8 metrdir. Saçların bu cür qalmasının sirri isə qıcqırdılmış düyü suyudur. Düyü suyu saça gözəllik verməklə bərabər, həm də uzadır.

Qədim Asiya resepti ilə qıcqırdılmış düyü suyu:
Yapon xanımları düyü hazırlayarkən onun suyunu qətiyyən atmırlar. Hər düyü bişirərkən suyu toplayırlar və saçlarını yuyurlar. Hətta restoranlar düyünün suyunu satırlar. Bu su 1 gün otaq temperaturunda saxlanılır, sonra yüksək odda 1 dəfə qaynadılır. Soyudulur ora 2-3 damcı lavanda və ya rozmarin yağı əlavə olunur. Saçlar bu dəmləmə ilə yuyulan zaman 1 dəqiqə massaj olunur. Dəmləmə qatı olsa, ona adi su qatıb durultmaq olar. Bunu istəsəniz hər yuyanda da edə bilərsiniz.

sağlamolunскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!