Arıqlamaq istəyənlər üçün pəhriz

Arıqlamaq istəyənlər üçün pəhriz
Dieta - Fitnes
10.09.2017 31
Qida gündə 5 dəfə qəbul olunur. Yatmazdan əvvəl 1 stəkan 1%-li qatıq içilməsinə icazə verilir. Səhər və nahar, nahar və şam yeməklərinin arasında iki alma və ya portağal və ya hər hansı başqa meyvələr (banan və üzümdən başqa) yemək olar. Pəhriz zamanı spirtli içki, şirniyyatlar, un məmulatları, yağlı, qızardılmış, duzlu və hisə verilmiş yeməklər rasiondan tam çıxarılmalıdır. Yeməyi buxarda hazırlamaq, tam yağsız bişirmək lazımdır. Salata limon şirəsi də vurulur. Yemək porsiyası çox olmamalıdır - 150-200 qr. Çörək isə sutkada 1-2 dilim və ancaq qara olmalıdır. Sutkada 1,5-2 litr maye qəbul olunmalıdır (şirin içkilər və şirələr istisna olunur). Pəhriz zamanı yaşıl çay, itburnu və moruqdan hazırlanmış çaylar daha çox məsləhət görülür.
Birinci səhər yeməyi (təxminən saat 8-də) - su ilə hazırlanmış sıyıq (qarabaşaq, yulaf, arpa, buğdadan) və ya parda bişirilmiş omlet və ya qaynadılmış yumurta ilə 1 dilim qara çörək və ya az miqdarda pendirlə 1 dilim çörək.
İkinci səhər yeməyi (təxminən saat 10-da) -100 qram kəsmik və ya şirnisiz yoqurt və ya limon şirəsi sıxılmış tərəvəz salatı və ya buxarda tərəvəzlərdən hazırlanmış püre.
Nahar (təxminən saat 12-13-də) - qaynadılmış yağsız mal əti, balıq və ya quş əti (təxminən 100-150 qram) ilə birlikdə buxarda bişirilmiş tərəvəzlər, tərəvəz salatı və ya tərəvəz şorbası. 1-2 dilim qara çörək də əlavə etmək olar.
İkinci nahar (saat 16-17) - buxarda bişirilmiş tərəvəzlər və ya tərəvəz salatı və ya 100 qram kəsmik və ya bioyoqurt.
Şam yeməyi (saat 18-19) - buxarda bişirilmiş tərəvəzlər və ya tərəvəz salatı və ya 150 qram kəsmik.
Bu pəhrizi 2-3 ay tutmaq olar. Lazımi nəticəni əldə etdikdən sonra bu nəticəni saxlamaq üçün rasionda şirniyyat, un məmulatları, yağlı, qızardılmış, duzlu yeməkləri kəskin məhdudlaşdırmaq lazımdır.
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!