Aralıq dənizi pəhrizi dəbdə olan pəhrizdir

Aralıq dənizi pəhrizi dəbdə olan pəhrizdir
Dieta - Fitnes
10.09.2017 30
 
 
    Bu pəhriz həkim və dietoloqların tərəfindən ən çox bəyənilən pəhrizlərdən biridir. Sizə 5-günlük aralıq dənizi pəhrizinin bir variantını təqdim edirik.
Bu pəhrizi saxladıqdan əvvəl mütləq həkimlə məsləhətləşin ki, səhhətinizə zərər yetirilməsin.

1-ci gün

Səhər yeməyi

1 ədəd kivi və ½ banan 3 stol qaşığı yulaf yarması ilə qarışdırılır. Üzərinə 100 qr yağsız xama əlavə edilir və yenidən yaxşı qarışdırılır.
İkinci səhər yeməyi
½ banan əzilir və 100 qr yağsız yoqurt ilə qarışdırılır.
Nahar

50 qr kartof, 50 qr yunan qabağı, 50 qr badımcan, 50 qr qabığı soyulmuş pomidor, ½ xırda doğranılmış soğan buğda bişirilir. Üzərinə doğranılmış keşniş və 1/2 stol qaşığı zeytun yağı əlavə olunur.
İkinci nahar

1 alma və 1 kivi doğranılır, üzərinə bir qədər limon şirəsi sıxılır və şəkər əvəzedicisi (diabet xəstələri üçün nəzərdə tutulmuş) ələvə olunur.

Şam yeməyi

100 qr bişmiş balıq + 100 qr tərəvəz salatı (pomidor, xiyar, zeytun, göyərti).
2-ci gün
Səhər yeməyi

50 qr çörək + 50 qr mosarella pendiri (və ya digər yağlılığı az olan pendir) + 1 dənə pomidor.
İkinci səhər yeməyi

100 qr yağı az olan yoqurt.

Nahar

100 qr buğda bişirilmiş quzu əti + 50 qr bişmiş düyü + tərəvəz salatı (1 bolqar bibəri, 1 pomidor, kahı,keşniş, reyhan, bir qədər zeytun yağı) + 50 qr çörək.

İkinci nahar

1/2 qreypfrut, 1 alma, 1 armud doğranılır və qarışdırılır. Üzərinə xırda doğranılmış qoz və şəkər əvəzedicisi (zövgə görə) ələvə olunur.
Şam yeməyi
1 xiyar, 1 pomidor, 1 bibər, 4-5 marinada qoyulmuş zeytun, göyərti doğranılır. Üzərinə 50 qr xırdalanmış pendir və bir qədər zeytun yağı ələvə olunur. 50 qr çörək yemək olar (istəyə görə).

3-cü gün
Səhər yeməyi

50 qr çörək + 40 qr yağı az olan vetçina.

İkinci səhər yeməyi

100 qr ananas, 1 alma, ½ banan doğranılır və qarışdırılır.

Nahar

50 qr bolqar bibəri + 50 qr yaşıl lobya + 50 qr badımcan + 50 qr pomidor + 50 gr gül kələmi doğranılır və buğda bişirilir. ½ soğan və 1 diş sarımsaq 1 stol qaşığı zeytun yağında bir qədər qızardılır və tərəvəzlərin üzərinə əlavə olunur. 30 qr makaron bişirilir və tərəvəzlə birgə yeyilir.

İkinci nahar

50 qr yağı az olan kəsmik + 50 qr xama qarışdırılır. Üzərinə 1 çay qaşığı bal əlavə olunur.

Şam yeməyi

100 qr balıq + tərəvəz salatı + 50 qr çörək.
4-cü gün
Səhər yeməyi

1 yumurta + 50 qr çörək.

İkinci yemək

100 qr yağı az olan yoqurt.

Nahar

Toyuğun sinə əti (100 qr) + 30 qr bişmiş makaron + tərəvəz salatı (pomidor + kahı + xiyar + kələm + göyərti).
İkinci nahar

50 qr çörək + 40 qr yağı az olan pendir.

Şam yeməyi

1 pomidor + 6 dənə qırmızı turp + 1 dənə bolqar bibəri + 1 xiyar + 5 dənə marinada qoyulmuş zeytun + ½ soğan + keşniş və reyhan doğranılır.
Üzərinə 1 stol qaşığı zeytun yağı əlavə olunur. Salat 50 qr çörək ilə yeyilir.

5-ci gün
Səhər yeməyi

Yulaf yarması sıyığının üzərinə bir qədər kişmiş və doğranıl mış ərik qurusu əlavə olunur.

İkinci səhər yeməyi

1 pomidor + 30 qr pendir doğranılır. Üzərinə doğranmış reyhan və 1 çay qaşığı zeytun yağı əlavə olunur. Salat 50 qr çörəklə yeyilir.
Nahar

100 qr balıq buğda bişirilir, üzərinə limon şirəsi və göyərti əlavə olunur. 20 qr düyü bişirilir və balıqla yeyilir.

İkinci nahar

1 portağal, 1 kivi, 1 alma, bir qədər qoz doğranılır, üzərinə 2 stol qaşığı yoqurt əlavə olunur.

Şam yeməyi

1 pomidor + 1 badımcan + 1 bibər + ½ soğan + 1 kartof doğranılır, buğda bişirilir və üzərinə ½ çay qaşığı zeytun yağı və doğranılmış göyərti əlavə olunur.

Bundan ələvə gün ərzində 6-8 stəkan təmiz su içmək lazımdır.
Əgər bu pəhriz xoşunuza gələrsə onu hətta 1-2 ay ərzində davam edə bilərsiniz.
 
Redakte etdi:  PRETTY GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!