Britni Spirs pəhrizi

Britni Spirs pəhrizi
Dieta - Fitnes
10.09.2017 14
Bir neçə il bundan əvvəl ana olan Britni olduqca kökəlib, eybəcərləşmişdi. Onun ideal, əzələli bədənindən əsər-əlamət belə qalmamışdı. Lakin hazırda arıqlayıb, əvvəlkindən də gözəl görünən pop-diva arıqlamağının sirrini açdı. Bir neçə aydır Hollivud dietoloqunun nəzarətində olan müğənninin pəhrizini sizə pulsuz təqdim edirəm...

Yağ, şəkər, şokolad, makaron və başqa un məmulatlarından uzaq duran Britni rasionuna soyalı ərzaqlar, meyvələr, tərəvəzlər və balıq əlavə etdi. Silueti korlayan konservləşdirilmiş və hazır qidalardan uzaq duran müğənni hər gün 2 litrə yaxın su içir. O, gündəlik yemək rasionunu 5 hissəyə ayıraraq, az-az qidalanır.

İdmanı

- Britni axşam saat 8-dən sonra yemək yemir, bunun əvəzində rəqs edir.

- Gündə 100 dəfə press edir.

Pəhriz rasionu

Səhər yeməyi: Üzərinə bir qədər zeytun yağı tökülmüş 4 yumurta sarısı, bir salxım üzüm, 30 qr. sürtgəcdən keçirilmiş yağsız pendir, qara çörək tostu.

Aralıq yemək üçün: 130 qr. dəniz məhsulu, 1 ədəd alma, bir neçə kahı yarpağı və 1 çay qaşığı mayonezdən ibarət salat, bir tikə qara çörək.

Nahar: 1 ədəd portağal, 30 qr. yağsız pendir.

Şam: Salatın tərkibi: 150 qr. yağsız mal əti, sürtgəcdən keçirilmiş yağsız pendir, göbələk, göyərti, ¼ stəkan qaynadılmış lobya, pomidor, göyərti, soğan və bir çay qaşığı zeytun yağı.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!