Qatıq yemək insanı arıqladır

Qatıq yemək insanı arıqladır
Dieta - Fitnes
10.09.2017 343
 
Qatıq yeyənlər daha tez arıqlayır və kilolarının çoxunu qarın bölgəsindən verir!

Qatıq yeyənlərin daha çox ağırlıq itirməklə birlikdə, əzələləri ərimir. Bədənlərindəki yağları əritdikləri üçün zəifləyirlər. Yağların çoxu da ən çətin incəldiyi düşünülən qarın bölgəsindəndir.

Qatıq yeyənlər özlərini daha uzun müddət tox hiss edir və yediklərindən daha çox təmin olunur. Təcrübələrin birində hər gün insanlara 200 kalorilik ərik parçalı qatıq, ayran ya da ərik şirini verilir. Bu üç qidanı eyni miqdar və kaloridə yemələrinə baxmayaraq qatıq yeyənlərin, digər qidaları yeyənlərə görə daha çox toxluq və təmin hiss etdikləri ortaya çıxır.

Kalsium, zülal, B12 və B2 vitaminləri ilə fosfor baxımından zəngin bir qidan olan qatıq; xüsusilə menopoz dövründə olan qadınlara və vejetaryanlara tövsiyə edilir. Uşaqların sümük və diş inkişafında da qatığın çox böyük faydaları olur.


5 min İspan üzərində edilən iki illik bir araşdırma; süd və süd məhsulları qəbulu ilə yüksək qan təzyiqi riski arasındakı əlaqəni ortaya çıxardı. Bu işin nəticəsində hər gün aşağı yağlı üç ya da daha çox qatıq və ya süd yeyənlərin yeməyənlərə görə yüksək təzyiq xəstəsi olma risklərinin; yüzdə 50 azaldığı görüldü. Yəni; süd ya da qatıq istehlak etsəniz həm kilo verirsiniz, həm sümükləriniz möhkəm olur, həm də yüksək təzyiq riskiniz azalır!
/Mənbə:Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!