Yaşıl Çayın Təhlükəli Yönləri

Yaşıl Çayın Təhlükəli Yönləri
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 124
 

Yaşıl çayın yalnız faydalı yönləri haqqında məlumat eşitməyi adət etmişik. Onun istifadəsi uzun ömürlülüyün, cavanlığın və sağlamlığın təminatı kimi qələmə verilir. Lakin çox qəbul edildikdə bu bitkinin sağlamlığa neqativ təsiri haqqında məlumatlar aşkar edilmişdir.

İspaniyada aparılan tədqiqatlar zamanı məlum olmuşdur ki, yaşıl çay hamilə qadınların sağlamlığına kifayət qədər pis təsir göstərə bilər. Hamilə qadın gündə iki və daha artıq fincan yaşıl çay qəbul edirsə onun orqanizmi fol turşusunu mənimsəyə bilmir.
Fol turşusunun isə ana bətnində uşağın sinir sisteminin formalaşmasında əvəzsiz rol oynadığı hamıya məlumdur. Bundan əlavə, yaşıl çay həvəskarları dəmir çatışmazlığından, anemiyadan əziyyət çəkirlər.
Bu yaxınlarda Nyu-Djersi universitetinin alimləri sübut etmişdilər ki, yaşıl çayın tərkibində olan polifenol birləşmələri qara ciyərin parçalanmasına gətirib çıxarır.
Təbii ki, bütün sadaladıqlarımız yaşıl çayın orqanizmə müsbət təsirlərini inkar etmir, amma necə deyərlər – Hər şey qədərində yaxşıdır. Və yaşıl çayı gündə iki fincandan artıq içmək məsləhət deyildir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!