Keyfiyyətsiz Sabunlara Diqqət

Keyfiyyətsiz Sabunlara Diqqət
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 19
 
Keyfiyyətsiz sabunlara diqqət
 Dr. Ramazan Keskiner Ulduz Qəzetindəki reportajında keyfiyyətsiz sabunlar haqqında bəzi məlumatlar verdi
Ahı Evran Universiteti Dövlət Xəstəxanası İnfeksiya Xəstəlikləri və Kliniki mikrobiologiya mütəxəssisi Dr. Ramazan Keskiner, keyfiyyətsiz sabunların dəri xəstəliklərinə səbəb ola biləcəyini söylədi.
Keskiner, istifadə edilən sabunların qliserinli və yumşaq olması lazım olduğunu vurğuladı, qliserin ehtiva etməyən və çox sərt olan sabunların  'kontakdermatit' adı verilən bir növ egzama xəstəliyinə səbəb ola biləcəyini ifadə etdi.
Bu xəstəliyin müalicə edilə bilər olduğunu; ancaq dəridə çirkin və narahat edici görünüşlər meydana gətirdiyini köçürən Keskiner, məktəblərdə istifadə edilən sabunların keyfiyyətinə diqqət yetirilməsi lazım olduğunu söylədi.
Əl təmizliyində bol sabun və su istifadəsinin əhəmiyyətinə izah edən Keskiner, "Keyfiyyətsiz sabun istifadəsi egzama kimi dəri xəstəliklərinə səbəb ola bilər. Xüsusilə uşaqlarda əl təmizliyi böyük əhəmiyyət daşıyır. Əl təmizliyinin də ən yaxşı şəkildə edilməsi üçün keyfiyyətli sabunların seçilməsi lazımdır. Sabunların qliserinli və yumşaq olması böyük əhəmiyyət daşıyır. Bunun yanında dırnaqlarının qısa kəsilməsi, xüsusilə tualetə girmədən əvvəl və tualetdən çıxdıqdan sonra əllərin yuyunması və qurulanması lazımdır. Qurulanmayan əllərin, qliserinli və ya yumşaldıcılı olmayan sabunların istifadə edilməməsi, əllərin çatlamasına gətirib çıxardığı kimi, dəri xəstəliklərinə də səbəb ola bilər." ifadələrini istifadə etdi.     
Əllərin necə yuyunacağının da bir çox adam tərəfindən bilinmədiyini dilə gətirən Dr. Ramazan Keskiner, əllərin tam mənasıyla yuyunması üçün baş barmaqların axtarsının və iki əlin barmaqların bir-birinə keçirilərək, ən az beş dəfə ovulması, bol su və sabun istifadə edilməsi lazım olduğunu sözlərinə əlavə etdi.


Tərcümə  etdi: PRETTY_GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!