Sağlam bir yuxu üçün

Sağlam bir yuxu üçün
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 46
 
Dr. Məmməd Yavuz, sağlam bir yuxu üçün diqqət yetirilməsi lazım olanları belə sıraladı:
- Çox aç ya da tox olmamaq
- Kafesinli, spirtli, kolalı içkilərdən və tütün istifadəsindən qaçınmaq,
- Nizamlı məşq etmək, ancaq axşam saatlarında həyəcan meydana gətirəcək fəaliyyətlərdən qaçınmaq,
- Yuxu gəlmədən yatağa girməmək,
- Yataq otağında başqa təkrarlanan işlər etməmək, yata bilmədiyində yatmağa çalışmamaq, yataqdan və yataq otağından çıxaraq başqa bir yerdə zaman keçirib yuxu gəlincə yatağa dönmək. (Kitab oxumaq bunların xaricindədir.)
- Nə qədər yatısa yatılsan səhər müəyyən bir saatda qalxmaq,
- Gündüzləri yatmamaq və yataq otağını səs, işıq, istilik cəhətdən təcrid etmək,
Dr. Məmməd Yavuz, ayrıca bu tövsiyələrdə də tapıldı:
- Aerobik məşqlər etməyi vərdiş halına gətirmək lazımdır. Gününüzün müəyyən bir hissəsini bu məşqlərə ayırın. Müəyyən bir müddət məşq etmək ümumiyyətlə gecələri rahat bir şəkildə yatmanız üçün kafi ola bilər
- Yatmadan əvvəl həddindən artıq isti olmayan, ilıq bir duş qəbul etmək əzələlərinizi boşaldaraq yatmanıza asanlıq təmin edə bilər.
- Əgər əzələ ağrılarınız və əzələ spazmlarınız varsa və bu səbəblə yata bilmirsinizsə, şərbətçiotu (Humulus lupulus) bitkisinin çaylarını içə bilərsiniz. Pivə istehsalında istifadə edilən bu bitki, minlərlə ildir sakitləşdirici və rahatlaşdırıcı olaraq istifadə edilməkdədir. Eyni şəkildə cökə çayı da yatmanıza köməkçi ola bilər.
- Otağınıq qaranlıq, rahat və səssiz olsun. İşıq və səs, yuxu qaçırar. Yataq otağınızda TV və kompüter saxlamayın. Otağınığın istiliyi optimum dərəcələrdə olması lazımlıdır.


Tərcümə etdi: PRETTY_GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!