Duzu Azaldın

Duzu Azaldın
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 43
Duzu azaldaraq bir çox xəstəliyin qabağına keçmək mümkün. 

Duz; iflic, beyin damarı tıxanıqlığı, ürək çatmazlığı və infarkt kimi bir çox xəstəliyin səbəbi. Anadolu Sağlamlıq Mərkəzi Kardiyoloji Mütəxəssisi Dos. Dr. Ərdən Ökmen, duz istifadə miqdarının azaldılması lazım olduğuna toxunaraq, yalnız gündəlik istehlak edilən duz miqdarını salaraq iflic riskini 23%, infarkt riskini isə 17% nisbətində azaltmanın mümkün olduğunu söyləyir.

Qidalarda gərəyindən çox duz istifadə etmənin sağlamlıq baxımından bir çox zərəri var. Yüksək miqdarda duz istehlakının bədəndə şişə gətirib çıxardığını ifadə edən və kardiyovasküler sistem üzərində mənfi təsirə səbəb olduğunun vurğulayan Dos. Dr. Ərdən Ökmen: "Duz, damarlardakı təzyiqi artıraraq, damarların büzülməsinə gətirib çıxarır. Həddindən artıq miqdarda istifadəsi hipertansiyaya gətirib çıxararkən, iflic, beyin damarı tıxanıqlığı, ürək çatmazlığı və infarkt üçün də risk yaradır. Qan təzyiqini yüksəldib, böyrəklərə zərər verərkən, məzmunundakı natriumun da doğrudan böyrəklərə mənfi təsiri var. Osteoporoza səbəb ola bildiyi kimi, mədə xərçənginə də meyl yaradan duz, asdım böhranlarını da xəbərdar edir. Gündəlik duz istehlakı 5 qrama salındığında iflic riski 23%, infarkt riski də 17% nisbətində azaldıla bilir" deyir.
Dünya Sağlamlıq Təşkilatı, və Avropadakı əhəmiyyətli sağlamlıq dərnəkləri ideal duz istehlak miqdarını 5 qram olaraq bildirir. Ortalama duz istehlak miqdarı 18 qram olduğu ölkəmizdə ideal nisbətdən üç qat çox duz istehlak edilir. Alınan 18 qramın yalnız 15%-i süfrədə yeməklərə əlavə olunan duz olarkən, 85%-i yeməklərlə birlikdə alınır. 
Duz vərdişindən xilas olmaq mümkün
Süfrə duzunun istifadə edilməməsi, yeməklərin də duzsuz hazırlanması lazım olduğunun söyləyən Dos. Dr. Ərdən Ökmen belə davam edir: "Xüsusilə fərqində olmadan duz götürdüyümüz pendir, çörək, hisə verilmiş ətlər, zeytun, kolbasa, şoraba balıqlar və hazır qidaları da istehlak edərkən diqqətli olmalıyıq. Yeməklər çox duzlu hazırlanır. Halbuki dilin üstündə iştirak edən bəzi tumurcuqlar bir müddət sonra duzsuz yeməyə alışaraq, yeməklərin gerçək dadını götürürlər. Araşdırmalar, duzu azaldan insanların dillərindəki tumurcuqların daha da həssas olunca gerçək ləzzəti ala bildiyini, bünyənin də təxminən bir ayda duzsuz yeməyə alışıla bildiyini göstərir."Tərcümə etdi: PRETTY_GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!