Kökəlmək İstəyənlərə.

Kökəlmək İstəyənlərə.
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 54
İlk növbədə həkimə müraciət edin, mədə-bağırsaq, ağciyər oqranlarında problemin olub - olmamasını aydınlaşdırın. Bəzən arıqlıq nəsildən də keçə bilər. Bəlkə də aşağı kalorili qida qəbul edirsiz, və ya daim ağır, fiziki iş ilə məşqul olursunuz.
Bu faktorlara fikir verin.
Biz isə, sizə yüksək kalorili pəhriz təklif edirik.
1-ci Səhər Yeməyi.
1 stəkan tərəvəz və ya meyvəli şirə. Gecədən süddə isladılmış yulaf yarması (ovsanka). Çörəyin böyük tikəsinə çəkilmiş yağ, 1-2 fincan kakao. 
2-ci Səhər Yeməyi.
1 fincan bulyon yaxud 1 stəkan meyvə şirəsi, çörəyin böyük tikəsinə çəkilmiş yağ, 50 q. şokolad və 1 stəkan yoqurt.
Nahar.
1 boşqab yağlı borş və ya sup, kartof puresi, makaron, düyü. Desertə - südlü kisel, dondurma və ya meyvələr.
Günorta Yeməyi.
1-2 fincan kakao, 2-3 piroşki yaxud tort, pirojna. Ya da bunların hamısının yerinə, böyük porsiyada mayonezli ət salatı. Qızardılımış kolbasa və ya bir böyük tikə çörək ilə sardelka.
Şam Yeməyi.
2-3 yumurta yaxud qayğanaq, qızardılmış kartof, çörəyin böyük tikəsinə çəkilmiş yağ və 0,5 litr süd. Ya da, makaron, bitki yağında hazırlanmış mayonezli salat.
Yatmazdan əvvəl isə, 1 stəkan süd və ya 1 alma qəbul edə bilərsiz.
Və unutmayın ki, mütləq qida rejiminizə fikir verməlisiz. Bu, sizin normal həzm etməniz üçün vacibdir. Həmçinin də, rejim ilə yuxu almanız, sizin çəkinizə müsbət təsir göstərə bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!