Sonsuzluq və Siqaret

Sonsuzluq və Siqaret
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 60


Hamıya məlumdur ki, siqaretin zərərlərini saymaqla bitməz. Amma əgər
mövzu uşaq sahibi olmaqdırsa, qadın da, kişi də bilməlidirlər ki,
siqaret yumurtalamanı və spermanı zəiflədir və sonsuzluğa
yol açır. Siqaret çəkənlərə nisbətən çəkməyənlərin valideyn olma
səviyyəsi daha yüksəkdir. Bununla bərabər, siqaret çəkməyən qadınlar
çəkən qadınlara nisbətən daha tez hamilə qalırlar.


[/justify]
Siqaretin qadınlara təsiri:
[justify]

Siqaret çəkmək yumurtalama amilini zəiflədir və
klimakteri (klimaks)dövrünü tezləşdirir. Tədqiqatlar nəticəsində,
siqaret çəkilən evlərdə uşaq ölümünün çəkilməyən evlərə nisbətən daha
çox olduğu bəlli olmuşdur. Siqaret təbii yolla hamilə qalmağa maneə olan
ən birinci amillərdən biridir.
[/justify]
Suni mayalanma bunu göstərir ki, in vitro fertilizasiya təşəbbüsü siqaret çəkənlərdə iki qat daha çoxdur. Suni mayalanma müalicəsi əsnasında Gonodotropin istifadəsində siqaret çəkənlərdə daha
yüksək dozaya ehtiyac olduğu müəyyən olunur.  Eyni zamanda, siqaret
çəkənlərdə hamiləliyin ən vacib ünsürü "yumurta” daha az əldə olunur.
Olunsa da keyfiyyətsiz, ostradiol səviyyəsi daha aşağı olur.
[justify]

"Az çəkirəm, gündə 1-2 ədəd çəkməklə heç nə olmaz” bəhanələri ilə
özünüzü aldatmayın. Əgər uşağınız olmursa, ilk əvvəl siqareti tərgitməli
və siqaret çəkilən yerdə olmamalısınız. Araşdırmalar nəticəsində az
çəkməyin və eləcə də, çəkilən yerlərdə olmağın gündə bir kutu qədər
ziyanı olduğu məlum olmuşdur.

[/justify]
Siqaretin kişilərə təsiri:
[justify]

Siqaret qadın üçün nə qədər zərərlidirsə, kişi üçün də bir o qədər
ziyandır. Siqaret çəkən kişilərdə sperma sayı çox az olur. Eyni zamanda
sperma funksiyalarında və hərəkətlərində anormallığa səbəb olur. Kişinin
siqaret çəkməyi, siqaret çəkməyən xanımına da eyni dərəcədə təsir edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!