++++++++++++++++Makarondan İmtina Edə Bilməyənlərə!

++++++++++++++++Makarondan İmtina Edə Bilməyənlərə!
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 34
Makaronu çox sevir ancaq kilo qorxusundan yeyə bilmirsinizsə, bu zövqdən məhrum qalmadan makaron istehlak etmənin yolları! 
Əvvəlcə kəpəkli və aşağı kalorili olanları seçərək işə başlaya bilərsiniz. Kəpəkli makaronun kalori dəyəri, digərlərinə nisbətlə çox aşağıdır.
Kəpək suda həll edilmədiyi üçün karbonhidrat, şəkər və yağ kimi qida elementlərinin emalını azaldar. Qan şəkəri və qan yağlarının yüksəlməsini önləyər.
Makaron seçkiniz qədər, hazırladığınız sous da əhəmiyyətlidir. Yağlı, yüksək kalorili souslar yerinə, pomidorlu və ya tərəvəzli bir qarışıq sayəsində götürəcəyiniz kalori miqdarı, üçdə bir nisbətində azalar.
Bəsləyici olması, doyuruculuğu,  asan bişirilə bilər olması səbəbindən, makaron ən praktik yeməklər arasında ön planda yer alır.Ayrıca saysız növü olması da, sıx yeyilən bir yemək olmasına səbəb olar.
Makaron deyildiyində ağla dərhal İtaliya gəlir. Əgər makaron sevirsinizsə, İtaliya sizin üçün cənnətdir. Getdiyiniz hər restoranda növbənöv makaronları, tapmaq mümkündür.
Faydaları:
Aşağı kalorili istehlak edildiyində, kilo verməyi asanlaşdırmasının yanında qəbizliyi aradan qaldırar.
Xolesterol səviyyəsini nizamlar.
Ev istehsalı makaronlar, bol süd ehtiva etdikləri üçün uşaqların sümük inkişafına köməkçi olarlar. Eyni zamanda
qadınların da sümük sağlamlığını qoruması baxımından əhəmiyyətlidir.
Makaronun sousunu təzə pomidorla hazırlasanız, pomidorda olan likopen maddəsi və A, B, C vitaminlərini də bu şəkildə qəbul etmiş olarsınız.
Təzə tərəvəzlərlə makaron hazırlasanız, vitamin anbarı bir yemək yemiş olarsınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!