Depressiya və stressdən xilas olmağın yolu

Depressiya və stressdən xilas olmağın yolu
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 37
Depressiyanı yox edən yeni üsul
Həyatımıza
təsir edən ən vacib məqamlardan biri və qadınların əhvalına təsir edən
ən pis xəstəliklərdən biri depressiyadır. Əhvalın pis olduğu zamanlar
həyatımızın risk altında olduğu bir dövrdür. Depressiyanın ilkin
əlamətləri ortaya çıxdıqdan sonra onu ciddi qəbul etməsəniz, illərlə
sıxıntısını çəkə bilərsiniz. Bu xəstəlik terapiya və dərmanlarla müalicə
olunsa da, alternativ müalicə növləri də mövcuddur.
Depressiyanın
qarşısını almaq üçün qidalanma rasionuna fikir verilməlidir. Şəkərin
miqdarının yüksək olduğu və rafinə karbohidratlı yeməklərdən adətən uzaq
durmaq faydalıdır. Uzaq durmağın ən vacib səbəbi isə, bu qidaların
vücuddaki qan şəkərinin miqdarının ani artmasına və aşağı düşməsidir. Bu
hal isə yorğunluq və əsəbiliyə yol açır. Mütəxəssislər qeyd edir ki,
depressiv vəziyyətdə olduğunuz zaman alkolqollu içkilərə fikir verməmək
lazımdır. Spritli içkilər pis vəziyyətdə olduğumuz zamanlarda özümüzü
yaxşı hiss etdirə bilər. Lakin bir müddət sonra vəziyyətin əksinə olma
ehtimalı olduqca yüksəkdir.
Depressiya hallarına alternativ
yollar tapmaq istəyirsinizsə, bunu təbii şəkildə təmin edin.
Qidalanmanıza fikir verin və işə onu düzgün rejimə salmaqla başlayın.
Omega-3 yağı bu zamanlarda lazım olan əsas şeydir. Bundan başqa həzm
sisteminə yaxşı təsir edən qidalar yeyin.
Depressiyalı bir
vəziyyətdə heç bir şey etmək istəməyə bilərsiniz. Lakin bu haldan uzaq
durmalısınız. Özünüzü bir idman növünə alışdırmalısınız. Təbiətdə daha
çox gəzinti və yüksək səsli musiqi dinləmək də yaxşı təsir edir. 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!