Kompyuter qarşısında oturmağı sevən qadınların nəzərinə...

Kompyuter qarşısında oturmağı sevən qadınların nəzərinə...
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 17
Kompyuter qarşısında oturmağı sevənlərin nəzərinə...



Son
zamanlar göz xəstəliklərinin, görmə qabiliyyətinin zəifləməsi
(azalması) halları məhz gənclər arasında artması müşahidə olunur. Bunun
əsas səbəblərindən biri gənclərin kompyuter qarşısında çox vaxt
keçirmələridir. Gözlərdə quruluq, yanma, qızarma və həmçinin baş ağrısı
kimi simptomlar xəstəliyin əlamətlərindən sayılır.

Insan gözü
mütəmadi olaraq uzaq və yaxın məsafələrə baxmağa uyğun yaradılıb.
Monitor qarşısında olan insanların gözləri tək bir nöqtəyə zillənir və
nəticədə göz yorulur. Gözlərin sağlamlığının qorunması üçün vacib olan
göz qırpma sayı köpüter arxasında oturarkən azalır. Normal halda insan
dəqiqədə 25 dəfə gözünü qırpır. Ancaq monitordan istifadə edərkən göz
qırpma sayı 10 dəfədən az olur. Bu da gözlərdə quruluğa, göz
yorğunluğuna gətirib çıxarır.



Məsləhətlər:

Kompyuterin gözə
və görmə qabiliyyətinə bu kimi mənfi təsirinin qarşısını almaq üçün bir
sıra tədbir üsullarından istifadə etmək məsləhət görülür. İlk növbədə,
ekranın yeri və qoyulma forması gözləriniz üçün çox vacibdir. Monitor
gözlərimizdən 50-70 sm uzaq olmalıdır. Həmçinin, baxdığımız ekranın
bizim gözümüzdən 10 sm aşağı səviyyədə olması məsləhətdir. Mütləq göz
üçün məşqlər edin: onu sağa, sola, yuxarı, aşağı aparın. Saatın əqrəbi
istiqamətində və onun əksinə firladın. Çalışın mütəmadi olaraq uzaqda
olan əşyalara baxasınız.

Ekranın təmiz olması vacib şərtlərdən
biridir. Bütün bunlardan əlavə, ekran qarşısında oturduğunuz hər saatın
əvvəlində gözlərinizi bağlayaraq 10 dəqiqəlik fasilə verməlisiniz.
Monitorun qarşısında isə tez-tez şüurlu şəkildə gözlərinizi
qırpmalısınız. Qırpma, gözlərin quruluğunu aradan qaldıraraq
rahatlamasına kömək olur. Kompyuter qarşısında əyləşdiyiniz otağın
havası çox quru olmamalıdır. Otaqda nəmləndirmənin normal olması sizin
rahatlığınız üçün vacibdir. Eyni zamanda otağın havasını da tez-tez
dəyişdirmək lazımdır. Linza taxan insanların gözləri daha tez quruyur.
Bunun qarşısını isə həkimin məsləhəti olarsa, göz damcıları ilə almaq
olar.

Gününüzün çox hissəsini kompyuter qarşısında keçirirsinizsə, ildə bir dəfə həkim-oftalmoloqa müraciət etməniz məsləhətdir.

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!