Çiyələyin faydası və istifadəsi

Çiyələyin faydası və istifadəsi
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 187
Çiyələk: çiçəkləri ağ olan bir bitkidir.



Bir çox növü vardır.

Çəhrayı rəngli və qoxulu bir bitki olan çiyələk olduqca faydalı və bəsləyici bir meyvədir.

Çiyələkdə bol miqdarda dəmir və fosfor var. Bunula belə, C, B və K vitamini baxımından da zəngindir.



Çiyələyin faydaları:

Çiyələk bədənə qüvvət verər.

Xolesterolu salar və damar tıxanıqlığını önləyər.

Çox yaxşı bir antioksidan olan çiyələk immunitet sistemini gücləndirər.

Həzm sisteminin nizamlı işinə çox faydalıdır.

Bağırsaq qurdlarını tökər, sidik qovucudur və bədəndəki zərərli maddələri bədəndən uzaqlaşdırar.

Qanı təmizləyər.

Diş ətlərini gücləndirər və ağız qoxusunu aradan qaldırar.

Sakitləşdirici təsiri ilə təzyiqi salar və stressi azaldar.

Hərarəti salar.

Romatizm və qaraciyər narahatlıqlarına yaxşı gəlir.

Dərini nəmləndirər, təravət və gözəllik verər.



Çiyələk necə istifadə edilə bilər:

Çiyələyin yarpaqları, yaxşı qurudulmaq şərtiylə, çay istehsalında istifadə edilə bilər.

Çiyələk aç qarına yeyilsə daha yaxşı həzm ediləcəyi üçün daha faydalı olar.

Çiyələk əzilərək püre halına gətirildikdən sonra süd ilə qarışdırılıb dərini təmizləmək və canlandırmaq üçün istifadə edilə bilər.

Çiyələk kompot və cem edilərək də istehlak edilə bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!