Qida zəhərlənilməsini önləməyin yolları

Qida zəhərlənilməsini önləməyin yolları
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 18
Qidan zəhərlənilməsindən qorunmaq üçün nələrə diqqət yetirməliyik? Yeməkləri necə saxlamalı, istifadə edərkən nələrə diqqət yetirməliyik?

Rəngi canlı olan tərəvəz və meyvələri alın

"Tərəvəz və meyvələr saxlama cəhətdən ən dayanıqsız qidan qrupunu meydana gətirir. Bu səbəblə xüsusilə mövsümü olam meyvə-tərəvəzləri seçin. təzəliyini itirməmiş, yarpaqları saralmamış və rəngi canlı olanlarını alın. Əzik, çürük, palçıqlı olanlarını almayın. Açıqda – bazarda satılan təzə pendir və südlərdən isə qətiliklə uzaq durun. Çünki süd və məhsulları pasterizə edilmədikləri üçün qidan zəhərlənilməsinə səbəb olan salmonella bakteriyalarının törəmələri baxımından riskli qrupda iştirak edirlər. Meyvə və tərəvəzləri evdə mütləq soyuducunda 3 – 4 dərəcədə saxlayın.

Dndurulmuş məhsulları almağa son qoyun

Marketdən toyuq, ət, yumurta kimi potensial riskli qidanları alarkən bu məhsulların olduğu soyuducu istiliyinin 4 – 5 dərəcə olmasına diqqət yetirin. . Etiket məlumatlarını mütləq nəzarət edin və dibində buz kristalları olan paketləri almayın. Marketdəki dərin dondurucularının istiliyinin – 18 dərəcə olub olmadığını nəzarət edin. Dondurulmuş məhsulları dərhal yeməyəcəksinizsə soyuducunun dondurucu qisimində saxlayın.

Soyuducunu 0-4 dərəcə aralığında saxlayın

Soyuducunuzun iç istiliyi 0 – 4 dərəcə aralığında , dondurucu istiliyi isə – 18 dərəcə ilə – 23 dərəcə arasında olmalıdır. Çünki bakteriyaların törəməsi 10 dərəcənin altında yavaşlayır, 4 dərəcədə isə dayanır.

Donduracağınız meyvələrin üstünə şəkər səpin

Meyvə və tərəvəzləri donduraraq saxlamaq üçün uyğun üsullar ilə hazırlıq edin. Tərəvəzləri ayırd edib təmizləndikdən sonra qaynar suda 1-2 dəqiqə tutub, sürətlicə soyutma əməliyyatı ilə dondurma edin edin. Ardından soyuducu paketlərinə yeyəcəyiniz miqdarlarda qoyub, dondurun. Meyvələri yuduqdan sonra üzərinə şəkər səpin və ya meyvələri şəkər siropunun içinə atın. Yeyəcəyiniz boşqablarda paketləyib dondurun. Bu şəkildə hazırladığınız meyvə və tərəvəzləri dondurucuda 8 ay, soyuducunun buzluq qisimində isə 2 – 4 həftə boyunca saxlaya bilərsiniz.

Ət və ət məhsullarını dondurucuda ən çox 2-4 həftə saxlayın

Hazır dondurulmuş olaraq aldığınız ət və ət məhsullarını – 18 dərəcədə dondurucuda son istifadə etmə tarixinə qədər saxlaya bilərsiniz. Evinizdəki dondurucuda ət və ət məhsullaını saxlayarkən, ətləri istifadə edəcəyiniz miqdarlarda qablaşdırıb, soyuducuda 2 – 4 həftə, dondurucuda isə 3 – 4 ay saxlaya bilərsiniz. Uyğun şərtlərdə saxlanmayan ət və ət məhsullarında rəng dəyişməsi və ağırlaşma ola bilir.

Bişən yeməkləri ən gec 1 saat içində soyuducuya qoyun

Bişən yeməkləri dərhal yeməyəcəksinizsə 2 saat içində, isti havalarda isə 1 saat içində soyuducuya yerləşdirin. Yeməkləri istiykən soyuducuya qoymamağa diqqət yetirin. Soyutma əməliyyatını buz və ya soyuq su dolu qazanlarda edə bilərsiniz. Bişən yeməklər ətlidirsə soyuducda 1 – 2 gün, ətsiz – yağlıdırsa 2 – 3 gün saxlaya bilərsiniz.



Tərcümə Etdi:
NİGAR_CAVAD

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!