Yumurta ağının möcüzəsi

Yumurta ağının möcüzəsi
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 30
İstiliklə və kimyəvi maddələrlə yaranan yanıqlar, dəriyə zərər verən və iltihablara açıq ciddi bir yaradır. Yanıq dərəcəsi nə olursa olsun mütləq dermatoloji ekspertlərə və plastik cərraha müraciət edilməsi lazımdır. Ancaq evinizdə ilk müdaxilə olaraq müraciət edə biləcəyiniz üsullar haqqında Dermatoloji Ekspert Dr. Əminə Özge Ayabakan məlumat verdi.

Yüngül ya da orta dərəcəli yanıqlara ilk olaraq, yara soyuq su ilə yuyunduqdan sonra üzərinə bal ya da yumurta ağı tətbiq oluna bilər.

Yumurta ağı zülalı ən yaxşı keyfiyyətli bir zülaldır və bioloji dəyəri 100 qəbul edilərək digər zülalların keyfiyyət təyin etməsində standart olaraq alınar. Yumurtanın ağı təbii halda 10-11% zülal, selenyum, vitamin kompleksləri mineral duzları və karbonhidratla birlikdə  olar.

Yumurta ağı, mikro organizmlərin törəmələrini çətinləşdirən əhəmiyyətli antimikrobiyal xüsusiyyətlərə malikdir. Ayrıca yumurta ağının olduqca yüksək pH (8.3) dəyərinə sahib olması da mikroorganizmlərin inkişafını mənfi yöndə təsir edər.

Yanıq üzərində yumurta ağını 1 saat saxlayın

Yumurtanın faydalarını bilməyən yoxdur hər halda. Bu çox əhəmiyyətli xüsusiyyətləri sayəsində yumurta ağı yanıq yaxşılaşma və iz müalicəsində mükəmməl bir alternativdir. Yanıq meydana gəldiyində, 1 saat yumurta ağının yanıq dəri üzərində qalması ilə dərinin özünü təkrar təmir etməsi üçün lazım olan mühit təmin edilər.

 İzlərin yaxşılaşması üçün bu bitkiləri istifadə edin

Bitkilərin də yüngül yanıqlar üzərində yaxşılaşdırıcı təsirləri vardır. Bir çox krem və dodaq boyası istehsalında bu bitkilərin özləri istifadə edilməkdədir. Bu müalicələr əsnasında əvvəlcə yanığın həkim tərəfindən qiymətləndirilməsi lazımdır. Dərman sənayesində, soğan , pələng otu, gicitkən otu, lavanta, kimi bir çox bitki yanıq müalicəsi üçün dərman istehsalında istifadə edilməkdədir.

Dərin yanıqlarda həkim idarəsində yanıq yarası müalicə edildikdən sonra istifadə edilən xüsusi bitkilərin izlərin yaxşılaşmasında düzəltmə qabiliyyətləri olduğu görülmüşdür. Ayrıca yanıq yaralarının bağlanmasını asanlaşdırmaq üçün kətan və ya qılınc otu yağı, məxmər çiçəyi, lavanta yağı, gicitkən otu yağı ilə kompres edilə bilər.



Tərcümə Etdi:
NİGAR_CAVAD

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!