++++++++++Çox Oturmağın Zərərləri

++++++++++Çox Oturmağın Zərərləri
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 16
Xüsusilə də masa başı çalışanları yaxından maraqlandıracaq bir xəbərimiz var indi. Bəli siz də çox oturursunuzsa, lütfən 1 dəqiqə ayağa qalxın, çünki;

Avstraliyada olan Queensland Universitetində edilən bir araşdırma ofisdə bütün gün oturmanın ciddi sağlamlıq problemlərinə səbəb olduğunu ortaya qoydu.

Araşdırmada çalışanların nizamlı aralıqlarla 1 dəqiqəliyinə belə olsa ayağa qalxmalarının yüksək təzyiq və həddindən artıq kilonu maneə törətdiyi ifadə edildi.

Uzun müddət oturmanın sağlamlığı mənfi təsir etdiyini ortaya qoyan mütəxəssislər, masa başında işləyənlərə  verdikləri qısa fasilələrdə oturmaq yerinə hərəkət etmələri tövsiyəsində oldu.

İtalyan La Stampa qəzetində çıxan xəbərə görə, Avstraliyadakı Queensland Universitetində edilən bir araşdırma, masa başında işləyənlərin qısa davamlı fasilələr verərək az da olsa hərəkət etməsinin, ürək sağlamlıqlarını qorumalarına köməkçi olduğunu göstərdi.

Mütəxəssislərə görə, bu fasilələr ateroskleroz və diyabet kimi xəstəliklərdən də qorumağa köməkçi olur.

Araşdırma qrupundan Genevieve Healy, verilən fasilələrin sayına görə, bel ölçülərində əhəmiyyətli fərqliliklər müşahidə etdiyini ifadə edərək, iş yerində hərdənbir ayağa qalxaraq hərəkət etməyi vərdiş halına gətirənlərin bellərinin ortalama 4 santimetr daha incə olduğunu söylədi.



"Sağlamlıq üçün daha çox hərəkət edin" çağırışında olan mütəxəssislərin, masa başında işləyənlərə etdiyi digər bəzi təkliflər isə belə:



-Əgər bir iş yoldaşınızla danışmanız lazımdırsa telefon açmaq yerinə qalxıb yanına gedin.

-Hər qatda tualet varsa, digər qatlardakıları istifadə etməyə səy göstərin.

-Lifti deyil, nərdivanları istifadə edin.

-Telefon açmanız lazımdırsa, ayaqda açın.



Tərcümə etdi:
PRETTY_GİRL

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!