+++++++++++İş Yerində Nə Yeməli?

+++++++++++İş Yerində Nə Yeməli?
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 54
Günorta tətilində yemək yeyə bilmək üçün ən az neçə saat sərf etməlisiniz? Yemək yeməyə gedilən yer, yeyiləcək zaman üçün ən az 90 dəqiqəlik bir zaman diliminin olması lazımdır. Bu vaxt yediklərinizin konsentrasiyanızı pozmamasına, bədəninizdə ağırlıq yaratmamasına da diqqət yetirməlisiniz.

Günorta yeməklərində seçəcəyiniz ideal yeməklər nə olmalı? Bir ya da iki saat günorta fasiləsi olan və daha sonra işinin başına dönəcək kəslər karbohidrat ağırlıqlı yeməklər yeyə bilərlər. Makaron ya da düyü, kartof, çörək ehtiyac duyulan şəkərin qarşılanmasına yaraya bilər. Bu qablara bir də təzə tərəvəz qabı əlavə olunsa yuxunuzun da dağılması zəmanət görülür.

Günorta yeməklərində salat və qatıq zəifləmənizi təmin edə bilərmi? Salat və qatıq tək başlarına bədənin yağlarını yandırmaq üçün lazımlı enerjini verməyə bilərlər.

Hansı ət qabları diyet edərkən seçilməli? Toyuq, maral və hind toyuğu ətləri yağsız və həzmi asan olduğu üçün seçim edilə bilər.

Pendir yemək nə qədər doğru? Pendir insan sağlamlığı üçün əhəmiyyətli bir qida. Heyvansal yağ baxımından olduqca zəngin olan pendir çox kilolu insanlara, xolesterol və damar narahatlığı olan kəslərə təklif edilmir. Sağlamlıq baxımından probleminiz yoxsa süfrənizdən əskik etməyin.

Gündə nə qədər taxıl istehlak etməlisiniz? Gündə heç olmasa bir boşqab makaron, düyü, çörək ya da digər taxıllardan istehlak etməlisiniz.

Süfrəyə ən uyğun içki hansı? Hər süfrəyə uyğun gələ biləcək tək içki mineral su. Şərab da sağlamlıq üçün faydalı lakin hər pay üçün bir stəkan olan gündəlik dozanı aşmamaq lazımdır. Qazlı içkilər isə həm daha kalorili, həm də həzmi çətinləşdirir.

Kartof zəiflədə bilirmi? Qızardılmadığı ya da dəyişik souslar əlavə olunmadığı təqdirdə qaynadılmış kartof mükəmməl bir diyet qabı ola bilir.



Tərcümə etdi:
PRETTY_GİRL

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!