++++++++++Bəslənmə Pozuqluqları

++++++++++Bəslənmə Pozuqluqları
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 60
Hər il bir çox insan bəslənmə pozuqluğu səbəbiylə həyatını itirməkdədir. Amerika da qurulmuş olan Bəslənmə Pozuqluqları Şüurlandırma və Qoruma Dərnəyinə görə, Amerikada ədədləri 5-10 milyonu bulan gənc qızlar və qadınlar bəslənmə problemi ilə məşğul olmaqdadır. 1 milyon gənc kişinin də bəslənmə pozuqluğu problemi yaşadı­ğı dərnək tərəfindən bildirilən və göz ardı edilməməsi lazım olan bir gerçəkdir. Dərnək, insanların şizofreniyadan ürkdüyü qədər bəslənmə problemlərindən də qorxması lazım olduğunu ifadə etməkdədir (Amerikada 2.2 milyon insan şizofreniya narahatlığı ilə yaşamaq məcburiyyətində qalmışdır).

Bəslənmə pozuqluqlarının ümumiyyətlə sosio-iqtisadi səviyyəsi yük­sək olan qruplarda, xüsusilə də ictimai və iqtisadi rifah səviyyəsi yüksək olan qadın­larda və gənc qızlarda müşahidə edildiyi düşünülməkdədir. Bəslənmə pozuqluğu qızlarda olduğu qədər kişilərdə də görülməkdədir; bu xəstəlik sosio-iqtisadi rifaha baxılmadan maddi vəziyyəti nə olursa olsun hər in­sana təsir etməkdədir.

Bəslənmə pozuqluqları çox fərqli şəkillərdə görülə bilər. Psixoloji problemləri və çətinlikləri həddindən artıq yemək yemə ilə aradan qaldırmağa çalışmaq, köklük adı verilən sağlamlıq probleminə səbəb olmaqdadır. Yemək yeməyi rədd etmə şəklində özünü gös­tərən davranışa "anoreksiya nervoza" (iştah itkisi) adı verilər. Bunun daha fərqli bir şəkli isə, "bulumuya nervoza" adı ilə bilinməkdədir. Gərək qidanı rədd etmə şəklində or­taya çıxan anoreksiya nervoza, gərəksə həddindən artıq yemə şəklində ortaya çıxan köklük kimi yemə pozuqluqları ailə içi şiddət, boşanma, tacıq, məktəb problemləri, iş problemləri və bən­zəri, psixoloji, sosioloji və bioloji səbəblərdən qaynaqlana bilməkdədir. İştah itkisi gənclər arasında ən sıx görülən bəslənmə pozuqluğudur.



Tərcümə etdi: PRETTY_GİRL

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!