++++++++++++Rəqs edin, xoşbəxt olun

++++++++++++Rəqs edin, xoşbəxt olun
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 55
Avstraliyanın New England Universitetindən elm insanları rəqs etmənin insanlar üzərindəki təsirini araşdırdı. Araşdırma nəticəsində tangonun  stres və ya depresiyası yox etdiyi ifadə olundu. Ekspertlərə görə ancaq iki saat Cənub Amerikanın bu məşhur rəqsini etmək ruh halında diqqətə çarpan ölçüdə yaxşılaşma gətirir.

Music and Medicine jurnalında nümayiş olunan araşdırmada Avstraliyalı alimlər insanın ruh halındakı pozuqluqların öhdəsindən gəlmək üçün rəqsin faydasını ortaya çıxardı. Jurnalda araşdırmayla əlaqədar qələmə alınan məqalədə araşdırmaçılar "İştirakçıların depresiya,stres və yuxu problemi önəmli ölçüdə azaldı. Həyatdan təmin olma və adamın özünə inancı diqqətə çarpan dərəcədə artdı" dedi. İştirakçıların bir ay rəqs performanslarına qatıldıqdan sonra ruh halında düzəlmə olduğu və depresiya,  stres səviyyələrinin düşdüyü ifadə edildi.

Canberradakı Avstraliya Milli Universiteti, New South Walesdəki New Englan Universitetindən bir qrup elm insanı stres və depresiyadan şikayət edən 41 adam üzərində təcrübə etdi. İştirakçılar 18 ilə 73 yaş arasında, yaxşı təhsilli və yüzdə 80′ı qadın idi.  İnsanlar həddindən artıq şiddətli, şiddətli, orta, yüngül və ya normal olaraq qruplara ayrıldı.

20 iştirakçı bir həftə içində 90 dəqiqəlik səkkiz tango dərsinə qatıldı.Qrupdakıların 21i kurs üçün gözlədildi. Bu qiymətləndirmə iki həftənin sonunda yenidən ələ alındı. Tangoya qatılanların çoxunda diqqətə çarpan yaxşılaşma görüldü. Rəqsçilərdə ayrıca yuxusuzluq daha az müşahidə edildi və ümumiyyətlə həyatdan təmin olma duyğuları artdı. Bir ay sonra 41 iştirakçı toplu olaraq araşdırıldı və nəticədə tangonun stres və depresiyanın azaltdığı müşahidə edildi.



Tərcümə Etdi:
NİGAR_CAVAD
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!