Xoşbəxtlik verən qidalar

Xoşbəxtlik verən qidalar
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 38
Yuxuya getmək
Gecə rahat bir yuxuya getməniz çətin görünürsə, o zaman bədəninizin karbonhidrata ehtiyacı var deməkdir. Məsələn, makaron, bal, kartof və düyü kimi! Amma diqqət edilməsi lazım olan qisim zülal ehtiva etməyən qidalar olmalı. Çünki karbonhidrat, sakitləşmənizi təmin edən serotonin maddəsinin beyində sərbəst qalmasını təmin edir. Lakin buna zülal əlavə olunduğunda, tam tərsi təsir edərək serotonin istehsalını önləyir.


Çətinlikdən uzaqlaşmaq
Proyektinizi heç cür bitirə bilmədiniz və ya yoldaşınızla döalaşdınız! O zaman ən yaxşısı bir parça dondurma və ya şokoladlı keks yeyərək sakitləşin . Kakaonun içində olan və tiryək təsiri göstərən Theobromin və Anandamid adlı maddələr, iç dünyanızı işıqlandırır. Keksin içində olan karbonhidrat da kədərli saatlarda yıxılmanızı önləyir.


Kaloriyə diqqət
Ancaq bu qidaların nə qədər çox kalori ehtiva etdikləri hamımız tərəfindən məlumdur. Bu səbəbdən xüsusi ilə  som  kimi balıqların ləziz dadlarından faydalanmamız daha doğru. Balıqlarda bolca olan Omeqa-3 yağ turşusu ilə B 12 vitamini kədərli düşüncələri beyninizdən püskürdür. Ancaq bu maddələr təsirlərini dərhal göstərmirlər, bu səbəbdən süfrənizdə nizamlı olaraq saxlamalısınız.


Təcili təsir lazımsa
Darçın və limonun içində iştirak edən bitki mənşəli maddələr də dəqiqələr içində təsirlərini göstərirlər.


Kiçik böhranlar
Dünyanız birdən paramparça olmağa başladığında ağrıya sarılın. Çünki ağızdakı yanma duyğusu, beyində xoşbəxtlik duyğusu verən endorfin maddəsinin ifraz olunmasını təmin edir. Böhranla qarşılaşdığınızda yeməklərinizə bir az acı səpərək, yaşıl bibər yeyə bilərsiniz.


Xoşbəxtlik
Eyni şəkildə banan və ya ananas kimi serotonin ehtiva edən qidalar da xoşbəxt olmanıza köməkçi olur. Bütün bunları yemənizə baxmayaraq sakitləşə bilmədinizsə, ağızınıza bir kiçik parça şokolad atmaqdan özünüzü məhrum etməyin. Çünki şokolad xoşbəxtliyin bir nömrəli qaynağıdır.

/Mənbə:Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!