Ramazanda düzgün qidalanma qaydaları

Ramazanda düzgün qidalanma qaydaları
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 35
Ramazan ayında balanslı qidalanmaq və kafi maye qəbul etmək həyati əhəmiyyət daşıyır. Yüksək istilik və nəm bədəndən tərləmə ilə maye-elektrolit itkisini artırır. Həddindən artıq maye və elektrolit itkisinə bağlı olaraq huşunu itirmə hissi, baş gicəllənməsi, bulanma, diqqət dağınıqlığı kimi sağlamlıq problemləri meydana gələ bilir. Uzun aclıq nəticəsi qan şəkərinin düşməsi də baş ağrısı, əsəbilik, yuxu halı kimi narahatlıqları özü ilə gətirir. Bu səbəbdən Ramazan boyunca həm kafi maye almaq həm də balanslı qidalanmağa diqqət göstərmək lazımdır.
 
Sahur payı, bütün günün qida və enerji ehtiyacını qarşılayacağı üçün çox əhəmiyyətlidir. Sahur payında yağlı, duzlu və ağır yeməklər qəbul edilməməlidir.Sahurda süd, pendir yumurta kimi naharlıqlar, şorba, tərəvəz yeməkləri, qatıq, yarma plovu kimi yeməklər yeyilə bilər. Yeməklərlə birlikdə quru və ya təzə meyvə, qoz, badam kimi quru qidaların qəbul edilməsi enerji və mineral baxımından dəstəkləyici ola bilir. İçəcək olaraq kafesinli içkilərdən uzaq dayanılmalı bitki çayları, az şəkərli kompotlar seçilməlidir.
 
İftarda sürətli yemək yemək sağlamlıq problemlərinə səbəb ola bilir
Ramazan ayının ən kefli yanı çox adam olan süfrələrdə yeyilən gözəl yeməklərdir. Ancaq uzun davamlı aclıq sonrası bu süfrələrdə sürətli və idarəsiz bir şəkildə yemək yemək kilo almağa, anlıq təzyiq və şəkər yüksəlmələrinə yol aça bilir. Buna görə iftar yeməyinə pendir, xurma, zeytun kimi naharlıqla və ya şorba kimi yüngül bir yeməklə başlanılması, bir müddət ara verildikdən sonra ətli və ya ətsiz bir tərəvəz yeməyi, salat, qatıq ilə davam edilməsi lazımdır. İftarda həddindən artıq şərbətli, yağlı şirinlər yerinə sütlü şirinlər seçilməli, yeməklər yavaş - yavaş və yaxşı çeynələrək qəbul edilməlidir.
 
Maye qəbuluna diqqət!
İftardan sahura qədər olan müddətdə, maye ehtiyacını qarşılamaq üçün fasilələrlə olaraq su içmək çox vacibdir. Maye olaraq başda su olmaq üzrə çay, bitki çayları, süd, ayran, təzə sıxılmış meyvə şirəsi, mineral su kimi içkilər seçim edilə bilər.
 
İftardan sonra hərəkət şərtdir
İftar yeməyindən sonra hərəkət etmək həzmsizlik problemlərini önlənməyə köməkçi olar. Ramazan ayında dəyişən qidalanma nizamının səbəb ola biləcəyi bağırsaq problemlərini yaşamamaq üçün yeməklərdə lif nisbəti yüksək qidalar (tam buğda çörəyi, yarma, tərəvəz yeməkləri kimi), ara paylarda meyvə, quru yemişlər (qoz, fındıq, badam vs.) qəbul edilməlidir. Ramazan ayında daha rahat həzm üçün yemək bişirərkən sobada və ya qaynatma üsulunu istifadə edilməsi, qızartma və qovurmalardan uzaq dayanılması lazımdır.
/Mənbə:Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!