Ədviyyatlar haqqında

Ədviyyatlar haqqında
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 29
Nanədən müxtəlif yeməklərdə, salatlarda, souslarda, hətta bitki çaylarında istifadə edə bilərsiniz.

Nanənin ətrini artırmaq istəyirsinizsə, üzərinə bir qədər şəkər tozu səpin.

Nanədən bitki çayı kimi də istifadə edə bilərsiniz. Bunun üçün quru nanəni isti suda 10 dəqiqə dəmləmək kifayətdir.
Kərəviz toxumundan şorbalarda, salatlarda, həmçinin digər yeməklərdə istifadə etmək olar.

Kərəviz toxumunu yüngül odda bir neçə saniyə qovuraraq üzərinə pomidor və ya tomat əlavə edib, istədiyiniz yeməkdə istifadə edə bilərsiniz .

Kərəviz toxumunu eyni miqdarda duzla birlikdə döyə və bu tərkibdən yeməklərdə həm duz, həm də ədviyyat kmi istifadə edə bilərsiniz.
Razyanadan souslarda, həmçinin şorbalarda istifadə edə bilərsiniz.

Razyananın ətrini artırmaq üçün tavada bir qədər qovurun, sonra qəhvə maşnından keçirərək istifadə edin.
Cəfərini soyuq suda yox, isti suda yusanız, daha asan doğraya bilərsiniz.

Cəfərini "daha səmərəli”  istifadə etmək istəyirsinizsə, saplarını atmayın. Təmizlədikdən sonra şorbalarda istifadə edin.

Cəfərini yeməyə ən axırda əlavə edin və çox bişirməyin. Çünki cəfəri çox bişdikdə həm vitamini itir, həm də acımtıl dad verir.


/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!