Bunlardan imtina edin! - Qadınların diqqətinə

Bunlardan imtina edin! - Qadınların diqqətinə
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 32
 

Gözəllik fədakarlıq tələb edir
 
Bir qadın olaraq fədakarlıq etmək məcburiyyətində qaldığınız şeylər
haqqında düşündünüzmü heç ? Bir çoxlarınızın yəqin ki, ilk ağlına gələn
uşaqlarını böyütmək üçün karyerasına son qoyan qadınlardır. Bəs
sağlamlığınız üçün fədakarlıq edərək imtina etdiyiniz qidalar necə? Sizə bəzi məsləhətlər verir.
 
Şəkər yerinə meyvə: Hər birimiz gün ərzində çoxlu
şəkərli qidalar, biskvitlər əvəzinə meyvə yesək, daha yaxşı olar.
Şəkərli qidalar çəkimizlə bağlı problem yaratmaqla yanaşı ürəyimizin
fəaliyyəti üçün də ziyandır.
 
Pendirli kökə, pudinq yerinə qara şokolad: Axşam
yeməyindən sonra dadlı pudinq yeməkdən heç kim imtina edə bilməz.A ncaq
pudinqin bir oturuşa 500 kalori qazandırdığını bildiyimiz üçün əvəzində
qara şokolad yeməyimiz daha məsləhətlidir.
 
Şərabdən uzaq durun: Çoxları iş yorğunluğunu unutmaq
üçün 1-2 qədəh şərab içməyi xoşlayır. Bunu aludəçiliyə çevirməsəniz,
yaxşı olar. Amma əmin olun ki, şərabdan uzaq dursanız, dəriniz
gözəlləşəcək, çəkiniz normaya düşəcək. Bunlara nail olduqdan sonra
şərabdan imtina etmək elə də böyük fədakarlıq hesab olunmaz.
 
Çoxlu balıq yeyin: Bəlkə də balığı çox
xoşlamırsınız. Amma bilməlisiniz ki, balıq çox xeyirli dietik
yeməklərindən biridir. Tərkibində omeqa 3 zəngin olduğu üçün həftədə 2
dəfə balıq yeməyə çalışın.
 
Qırmızı əti azaldın: Qırmızı ət B12 vitamini və
dəmir cəhətdən zəngin olsa da, dəri xərçənginin yaranmasına səbəb olur.
Sağlığınızı qorumaq üçün qırmızı əti ən azı həftədə 1 dəfə yeməniz
gərəklidir.
 
Mütləq səhər yeməyi yeyin: Bir çoxlarınız işə, ya da
dərsə tələsdiyi üçün evdə səhər yeməyi yeməyə vaxtı olmur. İşdə bol
köpüklü qəhvə içməklə, ya da dükanlardan aldıqları qoğalla
kifayətlənirlər. Amma yadınızda saxlayın ki, səhər yeməyi çox vacibdir.
Hətta yumurtanı çörəyin arasına qoyub yemənin özü belə çox
xeyirlidir.                                                              
                                 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!