Diyetoloq Leyla: “Qurban bayramında sağlam qidalanmaq"

Diyetoloq Leyla: “Qurban bayramında sağlam qidalanmaq
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 31
Bu gün bütün müsəlman aləmi müqəddəs Qurban bayramını qeyd edir.
Qadinlar.Biz sayti gun.az-a istinadən xəbər verir ki, dünyanın bütün müsəlmanları ilə yanaşı, azərbaycanlılar da bu gün qurban kəsib, süfrə açacaqlar.
Heç kimə sirr deyil ki, bu günlərdə hazırlanan ləziz xörəklər normalda
qəbul edilən qidalardan miqdar və kaloriliyinə görə kəskin fərqlənir.
Qırmızı ətdən hazırlanan müxtəlif növ kabablar, qızartmalar, dolma və
plovlar, üstəlik, ziyafət məclisləri, qonaqlıq süfrələri müasir insan
üçün həyati təhlükə yarada bilər. Xüsusilə, ürək, qan-damar sistemində
problemi olan və yüksək təzyiqdən əziyyət çəkən insanlar bayram
günlərini səhhətlərində yaranan nasazlıqdan dolayı yarımçıq qoymamaq
üçün qidalanmalarına fikir verməlidirlər.
Bəs yaxşı, görəsən, bayram günlərində artıq çəki almamaq və ya
xəstələnməmək üçün nə etmək lazımdır? Bununla bağlı diyetoloq Leyla
Zülfüqarova danışır:
"Qurban bayramı xalqımızın sevdiyi ən müqəddəs bayramlardan biridir.
Amma bayram günlərində həddindən ziyadə ətli qida qəbulu ziyandır. Ürək,
qan-damar sistemində problemi olanlar, hipertoniya (arterial təzyiq
yüksəkliyi-L.Z), şəkərli diabet, piylənmədən əziyyət çəkən insanlar bu
bayramda bəslənmə proqramlarına fikir verməlidirlər.
Qurban bayramında hazırlanacaq xörəklərdə yağsız və ya az yağlı ətlər seçilməlidir
L.Zülfüqarova deyir ki, insanlar adi günlərdə də qidalarında qırmızı ətin istifadəsinə diqqət etməlidirlər:
"Onu da deyim ki, nəinki bayram günlərində, hətta adi vaxtlarda belə
insanlar əksər hallarda qidalanmalarına diqqət etmirlər. Nəticədə isə
sonradan belə insanların artıq kilo problemi yaranır. Həmçinin piylənmə
dərəcəsi riskli qrupa daxil olan adamların bayramdan sonra real piylənmə
xəstəsi kimi ciddi müalicə alması lazım gəlir. Yağlı ətlərin doymuş yağ
turşularından ibarət olması və pis xolestrini qanda artırmasını bilib,
qovurma, qızartma (qoyun ətindən bişmiş yeməkləri-L.Z) çox yeməməliyik.
Bu cür yeməklər ürək, qan-damar xəstələri, şəkər, təzyiqi yüksək olan
insanlarda xüsusilə məhdudlaşdırılmalıdır. Bu səbəbdən də bayramda
yağsız və ya az yağlı ətlər seçilməlidir”.
Qurban ətini necə bişirməli?
Diyetoloq bayram günlərində bişirilən yeməklərin yağlılığını azaltmağı məsləhət görür:
"Əgər ətdən mütləq qovurma bişiriləcəksə, xörəyin içərisinə kərə yağı
və ya quyruq piyi qoyulmadan öz suyunda, vam odda hazırlansın”.
Bayram günü qonaq gedəndə nələri yeməməli?
L.Zülfüqarova Qurban bayramı zamanı həmçinin şirniyyat yeməyin də zərərindən danışıb:
"Bayram günlərində qonaq getdiyiniz zaman yeməkdən sonra açılan çay
süfrəsində olan şirniyyatların dadına baxmağa tələsməyin. Ya da
aralarında ən yüngül olanını seçib yeyin. Onu da vurğulayım ki, bayram
günlərində qara çaydan daha çox istifadə olunur. Çay adətən, şirniyyat
və şokoladlarla qəbul edilir. Bu da yağlı və kalorili qidalardan sonra
mədənin işini daha da çətinləşdirir. Şirniyyat, şokoladla içilən çay
mədə problemləri ilə yanaşı, yuxusuzluq və ürəyin ritm pozuntusuna səbəb
ola bilər. Ona görə də, qəbul etdiyiniz kalorili bayram yeməklərindən
sonra qara çay əvəzinə, yaşıl və ya bitki çayları için.
İnsanlar fərdi pəhriz proqramını bayram günlərinə görə dəyişməməlidir
L.Zülfüqarova onu da vurğulayır ki, adi günlərdə fərdi pəhriz saxlayan
insanlar bayram günündən dolayı qida rejimlərini pozmamalıdır:
"İnsanlar fərdi pəhriz proqramını bayram günlərinə görə dəyişməməlidir.
Bu günlər də digər günlər kimi yemək paylarını 3 dəfəyə bölərək yüksək
kaloridən qaçmaq lazımdır. Bunun üçün 3 dəfə əsas yemək vaxtı paylarını
azaldıb, digər 2 dəfə ara yeməklərdən istifadə etmək gərəkdir. Ayran,
qatıq, pendir kimi süd məhsullarından çox istifadə etmək lazımdır. Əgər
ara və əsas qida qəbulu zamanı kalorili ət yeməkləri qəbul olunacaqsa,
bu zaman kifayət qədər göyərtilər, ədviyyatlardan istifadə olunmalıdır”.
Bayram gününün menyusu necə olmalıdır?
L.Zülfüqarova Qurban bayramı günlərində aşağıdakı kimi qidalanmağı məsləhət görür:
"Bayram gününün səhəri yüngül qəlyanaltı ilə başlamaq lazımdır.
İkinci səhər yeməyi və ya ara yeməyində hər hansı meyvə və ya 1 stəkan qatıq, ya da ayran içmək lazımdır.
Günorta yeməyinə isə seçdiyiniz ən kalorili xörəyi qəbul edə bilərsiniz.
İkinci nahar və ya ara yeməyinə isə tərəvəzlərdən ibarət salat yesəniz, sağlamlığınızı qorumuş olarsınız.
Şam yeməyinə gəlincə, ətli, yağlı yeməkləri seçməməyi tövsiyə edirəm”.
Aytən Həsənovaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!