Əhvalımızı yüksəldən qidalar

Əhvalımızı yüksəldən qidalar
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 37

Payız mövsümü ilə əlaqədar çətin və depressiv günlər yaşayırsınızsa, qidalanmağınıza fikir verməklə bundan tez bir zamanda xilas ola bilərsiniz. 



Yaşıl bitkilər
İspanaq, Brüssel kələmi kimi qidalar depressiya simptomlarının azalmasına səbəb olar. Çünki sözügedən bitkilərin tərkibində fol turşusu və B vitaminləri var. Bunlar isə birbaşa əhvalı yüksəldən qidalardır.


Balıq
Balıq beynin və ürək-damar sisteminin inkişafına yol açır. Bundan başqa balığın tərkibində olan yağ əhvalın yüksəlməsinə təsir göstərir. Qızıl balıq bu baxımdan daha faydalıdır. 


Meyvələr 
Portağalda olan B6 vitamini bu meyvəni daha da dəyərli edir. Çünki araşdırmalar portağalın əhvalı müsbətə köklədiyini sübut olunub.


Zəfəran
Əhvala müsbət təsir edən amillərdən biri də zəfərandır. Bu qiymətli ədviyyat yeməklərə qatılaraq da istifadə oluna bilər.


Şokolad
Şokolad zərərli hesab edilən narkotik maddədən alacağınız həzz qədər sizə yüksək əhval-ruhiyyə bəxş edə bilər. Əgər özünü yorğun hiss edirsinizsə, şokolad yeyərək bundan azad ola bilərsiniz. Digər maddələrlə yanaşı şokoladın tərkibindəki kofein də əhvalınıza müsbət təsir göstərəcək.


Faydalı karbohidratlar
Mütəxəssislər günorta saat 15:00-17:00 arası 120 kaloridən çox olmayaraq 25-30 qrama qədər karbohidratli yeməklərdən istifadə etməyi məsləhət görür. Amma bu zaman diqqətli olmaq lazımdır. Çünki bu, şəkər xəstələrinə məsləhət görülmür.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!