Çərəz sağlamlıq mənbəyidir

Çərəz sağlamlıq mənbəyidir
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 81
 
Çərəzi kim sevməz ki? Bəziləri artıq çəki yaratdığı üçün çərəzdən imtina etsələr də, çərəzin sağlamlığımız üçün tayı-bərabəri yoxdur.


İndi də çərəzin faydaları haqqında:



Günəbaxan tumu: Gərginliyi və həyəcanı aradan qaldırır.



Püstə:
Sidik yolundakı qumları təmizləyir. Öd kisəsi və böyrək ağrıları üçün faydalıdır. Bundan başqa, öskürəyi kəsir.



Badam: Xolesterolu aşağı salır.



Acı badam: Sinəni yumşaldır, öskürəyi kəsir.



Qoz: Sinirlərin qıcıqlanmasını və əzələ toxumalarının fəaliyyətini təmin edir. Tərkibində olan fosfor və kalsiumun köməyi ilə beyin yorğunluğunu aradan qaldırırır. Bundan başqa, qoz sümükləri və dişləri də möhkəmləndirir.



Fındıq: Xolesterolu aşağı salır və infarkt ehtimalını azaldır. Bundan başqa, sümükləri və dişləri möhkəmləndirir, enerji verir.



Boranı tumu: Boranı tumu prostat üçün faydalıdır.



Şabalıd:
Şabalıdın tərkibində yüksək miqdarda karbohidrat və protein var. Hətta şabalıdda olan protein süddə olan proteinə bərabərdir. B1, B2 və C vitaminləri ilə zəngin olan şabalıd ürək-damar xəstəlikləri üçün də xeyirlidir. Lifli bir qida olduğu üçün antikanserogen təsirə malikdir. Tərkibində olan yağ turşuları damar sərtləşməsinin qarşısını alır.



Qaysı: Qara ciyər hüceyrələrinin çoxalmasına imkan verir, xərçəngdən qoruyur. Dəmir çatışmazlığından irəli gələn qan azlığı üçün faydalıdır.



Kişmiş: Dəmirlə zəngin olan kişmiş qanı artırır. Kişmiş həmçinin yaddaş üçün də xeyirlidir.



Ləbləbi: Mədə üçün ən yaxşı dərmandır. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!