Folik turşu hansı qidalarda var?

Folik turşu hansı qidalarda var?
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 21
Mütəxəssislər hamilə qalmağı planladığınız zamandan etibarən folik turşu alışına diqqət etməniz mövzusunda xəbərdar edirlər. Xüsusilə hamiləliyin ilk üç ayında alınan folik turşunun körpənizin inkişa qüsuruna bağlı xəstəliyi olmaması üçün çox əhəmiyyətli olduğu vurğulanır. Yaxşı folik turşusu qaynaqları nələr?

Mərcimək
Folat baxımından ən zəngin qidalardan biri mərciməkdir. Mərciməyin içində dəmir, lif və yavaş yanan karbonhidrat kimi bir çox faydalı maddə də vardır. Quru mərciməyi, bişirmədən əvvəl islatmanıza ehtiyac yoxdur və digər bakliyatlarla müqayisə edildiyində bişirilməsi daha asandır.



Sitrus bitkiləri
Böyük bir portağal, 55 mq. folat ehtiva edər. Portağalı tək başına yeməyiniz kimi, toyuqla ya da kərəviz kimi tərəvəzlərlə bişirərək də qəbul edə bilərsiniz.



Quru paxla
Türklərin ən çox qəbul etdiyi yeməklərdən biri olan quru paxla da bol miqdarda folik turşu ehtiva edər. Quru paxlanı bişirmədən əvvəl islatmağı unutmayın.
 
Brokoli
Brokoli gündəlik folik turşu ehtiyacınızın dörddə birini qarşılayar. Qida baxımından zəngin bu super yemək, eyni zamanda C vitamini, beta karoten, lif, kalsium və dəmir qaynağıdır.
 
Taxıllı çörək və naharlıq qida
Taxıldan əldə edilən yeməklərin folik turşu miqdarı yüksəkdir. Bunları, normal folat qaynağı olan qidalarla birlikdə qəbul edin (brokoli, ispanaq kimi).
 
Avokado
Somon balığı və qoz kimi, avokadoda da omeqa 3 yağlı turşuları və ürəyinizə faydalı yağlayar vardır. Bir dilim avokadonun içində 90 mq. folik turşu var. Avokado, körpənizin inkişaf edən beyni üçün də çox faydalı.

/Mənbə:Qadınlar.Biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!