Bu qidalar insan ömrünü uzadır

Bu qidalar insan ömrünü uzadır
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 46
Amerikanın Harvard Universitetinin alimləri müntəzəm qəbul edildikdə,
insan ömrünü uzadan ərzaqların siyahısını hazırlayıb. Araşdırmalarda 30
min insan iştirak edib.
Birinci yerə alimlər meyvə və tərəvəzləri layiq biliblər. Ancaq alimlər
deyirlər ki, bunlar rəngbərəng olmalıdır. Xüsusən, tərəvəzlər maddələr
mübadiləsinin normal getməsinə və arıqlamağa kömək edir. Gündə 3 porsiya
tərəvəz yemək infarkt riskini 42 faiz azaldır.
Siyahının ikinci yerində tərkibində katexin olan yaşıl çay qərarlaşıb.
Bu üzvi maddələr həzm sistemində xərçəng əmələgəlmə təhlükəsini 20 faiz
azaldır. Alimlər qeyd edir ki, profilaktika üçün gündə 1 fincan yaşıl
çay içmək kifayət edir.
Siyahının 3-cüsü sitrus bitkiləri - portağal, limon, qreypfrut
dayanır. Bu meyvələr qanda xolesterini aşağı salmağa kömək edir.
Daha sonra siyahıda düyü, küncüt, yulaf, paxla, yer kökü, badımcan, şirin bibər, püstə və çay kimi qida maddələri yer alıb.
Bundan başqa alimlər qeyd ediblər ki, qəhvə də insan ömrünü uzatmağa
kömək edir. Gündə 1 fincan qəhvə ömrü təxminən 2 ilə qədər uzadır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!