Kökəlmək üçün məsləhətlər və pəhriz siyahısı

Kökəlmək üçün məsləhətlər və pəhriz siyahısı
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 352
Bu gün sizlərlə kilo aldıran bir pəhriz paylaşacağam. Bir çoxumuz arıqlamaq üçün olduqca güc sərf edirik. Lakin kilo almaq istəyənlərin sayı da az hesab edilməyəcək qədərdir. Kimimiz doğuşdan, kimimiz stressdən, kimimiz isə müxtəlif xəstəliklər ötəri arıqlamış vəziyyətdəyik.. Yaxşı, kilo almaq üçün nələr etmək lazımlıdır? Kilo aldıran yeməklər və kilo aldıran üsullar nələrdir? Bu gün bunlara cavab axtaracağıq.. Əvvəl kilo alma təkliflərinə bir nəzər salaq. Altında da kilo aldırıcı nümunə pəhriz menyusunu tapa bilərsiniz.
Kilo alma məsləhətləri
1) Kilo almaq üçün hazırlanan pəhriz siyahıları, insanın xüsusiyyətləri göz önünə alınaraq hazırlanmalıdır. Kilo almaq üçün nə qədər kalori almanız lazım olduğu, gündəlik enerji ehtiyacınız təyin olunmalıdır.
2) Maddələr mübadiləsi sürəti gün içərisində fərqlilik göstərməkdədir. Səhər maddələr mübadiləniz sürətli işləyərkən axşam vaxtlarında yavaşlayır. Maddələr mübadiləsinin sürətlənibyavaşladığı zaman yediyiniz yeməklər daha asan kiloya çevrilər.
3) Maddələr mübadiləsi 30 yaşlardan sonra yavaşlayar və kilo alışı daha asan hala gələr.
4) Kilo almaq üçün gündəlik lazım olan kalori ehtiyacımızdan çox olaraq 500 - 1000 kalorilik əlavə edilməlidir. Məsələn insanın gündəlik kalori ehtiyacı 2300 kaloridirsə 2700-3300 kalori təmin edən bir qidalanma proqramı yaradılmalıdır. Kalori miqdarında ediləcək artım isə karbonhidratların artırılmasıyla edilməlidir.
4) Gecələr yatmadan bir neçə saat əvvəl yeyilən yeməklər daha asan kilo almanıza fayda verər. Həzmi çətimləşdirməyəcək, lakin kalorisi yüksək yeməklər qəbul edə bilərsiniz.
5) Kilo almaq üçün bir başqa üsulda idmançıların istifadə etdiklərini enerji artırıcı, kilo aldırıcı karbonhidrat məhsullarıdır. Bu cür kilo aldırıcı məhsulların 100 qramı təxminən 350 - 400 kalori arasındadır. 1 litr südlə qarışdırıb gün içərisində bir neçə dəfə də bunu qəbul etmək əlavə kalori alışı üçün bir yoldur. Həm də südün içərisinə bir neçə qaşıq bal 4-5 qaşıq süd tozu əlavə edə bilərsiniz.
Kilo almaq üçün olan məsləhətlər tamamilə məlumat məqsədli hazırlanmışdır. Həkimin tətbiq edəcəyi diaqnoz və müalicənin yerinə keçməz. Hər hansı bir müalicə müddətində başlamadan əvvəl mütləq sağlamlıq mütəxəssisinin görüş və təsdiqini almalısınız.
Kilo aldırıcı pəhriz menyusu
Səhər yeməyi
1 ç.q bal ya da bəkməz
1 ədəd qaynadılmış yumurta
70 qr-a qədər ağ pendir
5 qr qədər kərəyağı
5 dilim qızartma çörək
10-15 ədəd qara zeytun
1 stəkan şəkərli süd
Ara yemək (10:30 - 11:00 saatları arası)
1 böyük stəkan meyvə şirəsi
4 ədəd biskvit
Günorta
120 qr qaynadılmış ət ya da kartoflu toyuq əti
Bol yağlı salat
5-6 x.q plov
1 boşqab tərəvəz yeməyi
3 ədəd paxlava ya da xəmir şirniyyatı
250 qr-a qədər qatıq
4 dilim qızartma çörək
Ara yemək (15:30 - 16:00 saatları arası)
50 qr pendir
2 ədəd böyük meyvə
2 dilim çörək
Axşam
1 kasa şorba
100 qr qızartma balıq ya da ət
1 boşqab tərəvəz yeməyi
3 dilim qızartma çörək
1 kasa sütlü şirniyyat ya da pudinq
8-10 ədəd quru ərik
Gecə (21:30 - 22:00 saatları arası)
30 qr-a qədər pendir
1 dilim çörək
1 böyük stəkan ballı süd
Bu pəhriz asanlıqla hər kəsin tətbiq edə biləcəyi bir siyahıdır. Kilo almaqda çətinlik çəkənlər, kökəlmək istəyənlər üçün nizamlı tətbiq olunduğu təqdirdə nəticə verəcək. Pəhriz nəticəsində kilo ala bilməsəniz bir mütəxəssisə görünməniz ən doğrusu olacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!